Icma.az
close
up
RU
Azərbaycan və Qazaxıstanın ali təhsil imkanları müzakirə edilib FOTO

Azərbaycan və Qazaxıstanın ali təhsil imkanları müzakirə edilib FOTO

Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.

Martın 4-də ADA Universitetində “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsinə” həsr olunmuş “dəyirmi masa” keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “dəyirmi masa”da ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan və Qazaxıstanın qabaqcıl universitetlərinin rektorları iştirak ediblər.

“Dəyirmi masa”ya evsahibliyi edən ADA Universitetinin rektoru Hafiz Paşayev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. Rektor rəhbərlik etdiyi universitetdə çalışan qazaxıstanlı akademik heyətin peşəkarlığını vurğulayaraq gələcəkdə Azərbaycan və Qazaxıstan arasında elm və təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini qeyd edib.

Çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek Qazaxıstanın Azərbaycanla ali təhsil sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu diqqətə çatdırıb. Qarşılıqlı akademik və elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyinə toxunan Sayasat Nurbek əlavə edib ki, iki ölkə arasında hazırda təhsil strategiyaları, tərəfdaş universitetlərlə əməkdaşlıq planları və innovativ yanaşmalar üzərində işlər aparılır. Nazir bildirib ki, akademik və tədqiqat sahələrində yeni imkanlar yaratmaq üçün birgə fəaliyyət genişləndirilir. 

Elm və təhsil naziri Emin Əmrullayev də öz növbəsində Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunub. Emin Əmrullayev qeyd edib ki, hər iki ölkənin öz milli maraqları mövcuddur və bu maraqlara əsaslanaraq təhsil sahəsində oxşar hərəkət modelindən istifadəyə qərar verilib. Nazir vurğulayıb ki, əsas məqsəd ali təhsili gücləndirmək və universitetlərimizin davamlı inkişafını təmin etməkdir. 

Bakıda ilk dəfə keçiriləcək Qazaxıstan universitetlərinin təhsil sərgisindən söz açan Emin Əmrullayev qeyd edib ki, bu tədbir akademik əməkdaşlıq üçün mühüm bir addımdır. Nazir hər iki ölkənin universitetlərini qarşılıqlı sıx əməkdaşlığa çağırıb. 

“Dəyirmi masa”da çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel həm Qazaxıstanda, həm də Azərbaycanda təhsil sahəsində geniş islahatlar aparıldığını vurğulayaraq hər iki ölkənin bu sahədə əməkdaşlığı daha da gücləndirmək niyyətində olduğunu əlavə edib. 

Çıxış edən Azərbaycan və Qazaxıstanın ali təhsil müəssisələrinin rəhbərləri ali təhsil müəssisələri arasındakı mövcud əlaqələrdən, əməkdaşlıq imkanlarından danışıblar. 

“Dəyirmi masa” çərçivəsində təşkil edilən “Azərbaycan və Qazaxıstan arasında akademik əməkdaşlığın artırılması” mövzusunda panel müzakirəsində "Azərbaycan və Qazaxıstan arasında ikili diplom proqramları: effektiv tətbiq və təsir strategiyaları", “Azərbaycan və Qazaxıstan arasında elmi əməkdaşlıq: innovasiya və qlobal tərəfdaşlığın təşviqi" və "Akademik mobilliyin və mədəni əməkdaşlığın artırılması" mövzularında fikir mübadiləsi aparılıb. 

Müzakirələrdən sonra hər iki ölkədən ümumilikdə 17 universitetin iştirakı ilə 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 04 Mart 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri