Azərbaycan və Qırğızıstan COP29da enerji əməkdaşlığı üzrə yol xəritəsi imzalayacaqlar
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Azərbaycan və Qırğızıstan noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində energetika sahəsində əməkdaşlığa dair “yol xəritəsi” imzalayacaqlar.
Newscenter.az xəbər verir ki, bu barədə “Report”a eksklüziv müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.
"Hesab edirəm ki, COP29 bizi, yəni iki ölkənin energetika nazirlikləri arasındakı münasibətləri yaxınlaşdırıb. Ümid edirəm ki, bu işi sıx təmasda davam etdirəcəyik", - T.İbrayev qeyd edib.
O xatırladıb ki, Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında daha əvvəl əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: "Bu fürsətdən istifadə edərək noyabrın 15-də iki ölkənin energetika nazirlikləri arasında “yol xəritəsi” imzalamağı planlaşdırırıq. Bizim ortaq maraqlarımız var. Azərbaycan tərəfinin su, külək və günəş stansiyalarının tikintisinə, Qırğızıstanın isə avadanlıq tədarükünə marağı var".
Bu mövzuda digər xəbərlər:Azərbaycan və Qırğızıstan COP29da enerji əməkdaşlığı üzrə yol xəritəsi imzalayacaqlar
13 Noyabr 2024 12:18
Azərbaycan və Qırğızıstan COP29da enerji əməkdaşlığı üzrə yol xəritəsi imzalayacaqlar AzPolitika onlayn siyasiictimai qəzet
13 Noyabr 2024 13:22
Azərbaycan və Qırğızıstan arasında enerji əməkdaşlığı üzrə sənədlər imzalanıb
15 Noyabr 2024 14:32
Baxış sayı:72
Bu xəbər 13 Noyabr 2024 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















