Azərbaycan və Rusiya alimləri Xəzəryanı ərazilərdə tədqiqat aparıblar AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Botaniklər Cəmiyyəti İctimai Birliyinin (ABCİB) həyata keçirdiyi “Azərbaycanın Xəzəryanı sahillərində karbon emissiyasını azaldan yosun biokultivatorlarının yaradılması” layihəsi çərçivəsində Botanika İnstitutunun və Çelyabinsk Dövlət Universitetinin alimləri müştərək ekspedisiyalar həyata keçiriblər.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın məqsədi Azərbaycanın Xəzəryanı ərazilərində karbon emissiyasına həssas olan yosun növlərinin toplanması, biokultivasiya üçün uyğun su obyektinin tapılması, kimyəvi analiz üçün su nümunələrinin götürülməsi olub.
Lənkəran rayonunun Siyavər və Kənarmeşə kəndləri, Qızılağac qoruğu, Şabran rayonunun Xəzəryanı və Salyan rayonunun Şirvan Milli Parkı ərazilərindən toplanan nümunələr üzərində laborator şəraitdə alqoloji tədqiqatlar aparılıb. Müxtəlif təyinedicilərdən istifadə edilərək yosunların növ müxtəlifliyi müəyyənləşdirilib.
Aparılan tədqiqatların davamı olaraq karbon qazının emissiyasını azaldan yosun növlərinin kolleksiyası yaradılacaq, yosunların becərilməsi üçün biotexnoloji üsulların və akvakultura sahəsində yosunlardan alınan məhsulların istifadəsi öyrəniləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 19 Dekabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















