Azərbaycan və Türkiyə bayraqları ilə qarşınızdan keçərkən, lütfən, ayağa qalxın!
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Pakistana xoş gəlmisiniz! Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı!"
Oxu.Az xəbər verir ki, Azərbaycan Ordusunun bir qrup hərbçisini Pakistanda 14 Avqust - Müstəqillik Günü münasibətilə təşkil olunan paradda elə Azərbaycan dilində bu cür salamlayıblar.
Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun bayram təbriki ilə bərabər paylaşdığı kadrlarda daha sonra aparıcıların tribunada əyləşənlərə aşağıdakı müraciəti yer alır:
"Xanımlar və cənablar, hərbçilər Azərbaycan və Türkiyə bayraqları ilə qarşınızdan keçərkən, lütfən, ayağa qalxın!"
Bu zaman tribunalardakı minlərlə izləyici bir nəfər kimi ayağa qalxır.
Aparıcılar, eyni zamanda, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsini və 2023-cü ildəki birgünlük antiterror əməliyyatında müvəffəqiyyətini də qeyd edirlər.
Azərbaycan hərbçilərini Pakistanda minlərlə insan ayaqda salamladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 14 Avqust 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















