Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş keçirilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan və Türkiyə gömrük xidmətlərinin nümayəndə heyətləri arasında görüş Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda keçirilib.
Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi xəbər verir ki, görüşdə Türkiyə Respublikasının Gömrük Mühafizəsi Baş İdarəsinin Baş direktor müavini Osman Yıkın və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Dövlət Gömrük Komitəsinin nümayəndəsi Əsgər Məmmədov iştirak ediblər.
Tərəflər təhlükəsizlik, hüquqpozmalara qarşı mübarizə istiqamətində əməkdaşlığın gücləndirilməsi, həmçinin nəqliyyat və yük axınlarının sərhədkeçmə, gömrük nəzarəti proseslərinin sürətləndirilməsi, bu sahədə qarşıya çıxan məsələlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi aparıblar.
Türkiyə nümayəndə heyəti “Sədərək” gömrük postunun mövcud infrastrukturu ilə də yaxından tanış olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 İyun 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















