Azərbaycan və Türkiyə Mərkəzi Bankları təcrübə müzakirəsi aparıb
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan və Türkiyənin Mərkəzi Bankları arasında beynəlxalq təcrübənin tətbiqi müzakirə edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti Türkiyə Mərkəzi Bankında işgüzar səfərdə olub. Səfər çərçivəsində keçirilmiş görüşlərdə AMB-nin büdcə planlaması və onun idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə innovasiyaların tətbiqi və daxili nəzarətin təkmilləşdirilməsi kimi sahələr üzrə interaktiv təqdimatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin beynəlxalq təcrübələrin tətbiqi, mövcud və yenilənmiş sistemlərdən istifadənin effektivliyi və digər ikitərəfli maraq doğuran mövzular ətrafında faydalı və konstruktiv müzakirələr keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Sentyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















