Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə bölmələrinin birgə təlimi başa çatıb
Icma.az, Apa.az-ə istinadən, məlumatı açıqlayır Azərbaycan və Türkiyə sualtı hücum və sualtı müdafiə bölmələrinin birgə təlimi başa çatıb.
Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən "SAT-SAS-2024" birgə təlimi başa çatıb.
APA MN-ə istinadən xəbər verir ki, təlimin sonuncu mərhələsində xüsusi təyinatlı qrupun dəniz yolu ilə şərti düşmən arxasına çıxarılması, hədəf obyektinin gizli müşahidəsi və basqını üzrə tapşırıqlar icra edilib.
Qardaş ölkənin Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
