Icma.az
close
up
RU
Hər gün yulaf yeməyin bədənə təsiri: Ekspertlər 8 mühüm dəyişikliyi açıqladı

Hər gün yulaf yeməyin bədənə təsiri: Ekspertlər 8 mühüm dəyişikliyi açıqladı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Yulaf sıyığı həzm problemi, diabeti olan, arıqlamaq istəyən və sağlamlıqla bağlı bir sıra digər narahatlıqları olan insanlar üçün gündəlik rasionda müntəzəm yer tutmalıdır.

Qaynarinfo xəbər verir ki, "Verywell Health”in məlumatına görə, yulaf ürək üçün faydalı olan tam taxıllar, lif və digər qida maddələrinin etibarlı mənbəyidir. Amerika Kardiologiya Assosiasiyasının tədqiqatları göstərib ki, yulaf və yulaf sıyığı qan şəkərinin və xolesterinin səviyyəsini tənzimləməyə, bədən çəkisini idarə etməyə və həzm sisteminin sağlamlığını qorumağa kömək edir.

Mütəxəssislər hər gün yulaf yeməyin orqanizmdə yaratdığı səkkiz əsas faydanı sadalayır:

1. Xroniki xəstəliklərin riskini azaldır

Yulafda olan polifenollar güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Onlar sərbəst radikalların hüceyrələrə zərər vurmasının qarşısını alır və ürək xəstəlikləri, insult, ikinci tip diabet və piylənmə kimi xəstəliklərin riskini azalda bilər.

2. İnsulinə reaksiyanı yaxşılaşdırır

Yulafın tərkibindəki beta-qlükan adlı lif qan şəkərinin səviyyəsini sabitləşdirir və insulinin təsirinə qarşı həssaslığı artırır. Buna görə də ikinci tip diabeti olan insanlar üçün yulaf faydalı sayılır.

3. Vitamin və minerallarla zəngindir

Yulafda olan dəmir, maqnezium, selen və sink sinir və əzələ funksiyalarını dəstəkləyir. Eyni zamanda tərkibindəki həll olunan lif – beta-qlükan – xolesterini azaldaraq ürək sağlamlığını gücləndirir.

4. Xolesterini azaldır

Aparılmış tədqiqatlar göstərib ki, yulafın tərkibindəki beta-qlükan ümumi və "pis” xolesterinin (LDL) səviyyəsini aşağı salır. Bu da ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm rol oynayır.

5. Arıqlamaya kömək edir

12 həftə davam edən bir araşdırmada müntəzəm yulaf yeyən insanların bədən çəkisinin, piy faizi və bel ölçüsünün azaldığı müəyyən edilib. Başqa bir tədqiqatda isə yulafın qarın piylənməsinin və qaraciyər problemlərinin qarşısını aldığı sübut olunub.

6. Bağırsaq sağlamlığı üçün faydalıdır

Yulafdakı beta-qlükan prebiyotik xüsusiyyətə malikdir, yəni bağırsaqlarda faydalı bakteriyaların artmasına kömək edir. Bu, həzm sisteminin balansını qoruyur və immuniteti gücləndirir.

7. Astma riskini azalda bilər

Uşaqların rasionuna yulafın daxil edilməsi onların gələcəkdə astmaya tutulma ehtimalını azalda bilər. Bu, yulafın orqanizmdəki iltihabi reaksiyaları zəiflətməsi ilə əlaqələndirilir.

8. Qəbizliyin qarşısını alır

Yulafın tərkibindəki yüksək lif həzmi asanlaşdırır, bağırsaq fəaliyyətini tənzimləyir və nəcis kütləsini yumşaldaraq qəbizliyin qarşısını alır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri