Icma.az
close
up
RU
Milli Kitabxanada “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimatı olub

Milli Kitabxanada “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimatı olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 7 noyabr, AZƏRTAC

Noyabrın 7-də Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi “Vətən müharibəsinin zəfər salnaməsi. Biblioqrafiya” kitabının təqdimat mərasimi və eyniadlı tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Kitabxanasından məlumat verilib.

Bildirilib ki, kitabxanadan təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, Milli Kitabxananın Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanın dünyaya tanıdılması istiqamətində mühüm fəaliyyət göstərirdiyini və artıq dünyaya açılan bir pəncərəyə çevrildiyini söyləyib. Bu gün təqdim olunan bu fundamental biblioqrafik səlnamənin Azərbaycanın tarixi Qələbəsinin dünyada təbliğinə xidmət edən dəyərli bir mənbə rolunu oynayacağını vurğulayıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, bu gün biz xalqımızın tarixində ən şərəfli, ən qürurverici hadisələrdən birini – Zəfər Gününün 5 illiyini böyük iftixar hissi ilə qeyd edirik. Bu ildönümü yalnız Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin deyil, həm də xalqımızın birliyinin, milli iradəsinin rəmzidir.

Nazir müavini Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə nəşr etdiyi, 12 500 adda ədəbiyyatı əhatə edən biblioqrafiyanın xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Biblioqrafiyanın hazırlanmasında əməyi keçən kitabxana mütəxəssislərinə təşəkkürünü bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Zəfər tarixi bizə tariximizi yenidən yazmaq və ona yeni baxış bucağından yanaşmaq imkanı verir. Akademik Zəfər tarixinə həsr olunmuş bu fundamental biblioqrafik səlnamənin hazırlanmasında əməyi olan Milli Kitabxananın direktoru professor Kərim Tahirov başda olmaqla, kitabxananın bütün kollektivinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşı Gülnar Məmmədova, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin kafedra müdirləri Nadir İsmayılov və Knyaz Aslan, həmçinin BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova Vətən müharibəsində qazanılmış şanlı Zəfərimizin 5 illiyi münasibətilə təbriklərini bildiriblər.

Çıxışçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətləri, çıxışları, səfərləri, müsahibələri, imzaladığı fərman və sərəncamlar, eləcə də tarixi Zəfərin qazanılması, qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini əhatə edən bu fundamental biblioqrafiyanın əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu nəşr Zəfərimizin biblioqrafik abidəsi və Vətən müharibəsinin hüquqi bazası kimi mühüm elmi mənbə rolunu oynayır.

Tədbirin davamında bu tarixi gün münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “8 Noyabr- Zəfər Günü” adlı elektron məlumat bazasının təqdimatı olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Noyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri