Icma.az
close
up
RU
Azərbaycan xalqının dövlətçilik irsi qorunub saxlanır

Azərbaycan xalqının dövlətçilik irsi qorunub saxlanır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və hüquqi əsaslarının qurulmasında Konstitusiyanın roluna verdiyi əhəmiyyətini vurğulamaq və Azərbaycan xalqının dövlətçilik irsinin qorunub saxlanmasını təşviq etməkdir. 

Ümumilli Lider Heydər Əliyevin ömür yolundan bəhs edən video-çarxın nümayişindən sonra icra  başçısı Niyazi Bayramov, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz rolundan danışıb. Heydər Əliyevin yalnız siyasi xadim deyil, həm də müasir müstəqil Azərbaycanın memarı olduğunu bildirən N. Bayramov, Ümummilli liderin uzaqgörən siyasəti, müdrikliyi və dəmir iradəsi nəticəsində ölkəmizin ağır sınaqlardan üzüağ çıxaraq regionun lider dövlətlərindən birinə çevrildiyini diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri B.Muradova bildirib ki, bu gün dünyada gedən proseslər, müharibə və müxtəlif qarşıdurmaların olduğu bir dövrdə Azərbaycanın həyata keçirdiyi xalqlara sülh, əminamanlıq, dinlər və etnik qruplar arasında tolerantlıq və multikultural dəyərlərin bərqərar olması istiqamətindəki siyasət onu göstərir ki, Ulu babalarımızın bizə miras qoyub getdiyi dəyərlərə sadiqik və bəşəriyyət naminə istifadə etməkdəyik.

Azərbaycanın dövlət siyasətində gənclərin xüsusi yer tutduğunu diqqətə çatdıran B.Muradova qeyd edib ki, gənclər ilk növbədə doğulduğu ailədə, təhsil aldığı məktəbdə, Universitetdə yetişir və bu sosial mühitin ona verdiyi imkanlardan faydalanaraq şəxsiyyət kimi böyüyür, vətəndaş kimi formalaşır. O çıxışısının sonunda vurğulayıb ki, Heydər Əliyevin siyasi ideyaları və qurduğu müstəqil dövlət bu gün hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs bir mirasdır. “Bu mirası qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur” – deyə əlavə edib. Azərbaycan dövlətini hər kəsin milli sərvəti adlandıran B.Muradova  qeyd edib ki, hamımız o sərvəti qorumağa, üzərinə yeni uğurlar əlavə etməyə borcluyuq: “Xalqımızın canı-qanı bahasına əldə etdiyi nailiyyətləri qorumaq, inkişaf etdirmək və tarixi Zəfərimizi gələcək nəslə daşımaq, eləcə də daha qüdrətli Azərbaycan yaratmaq siz- gənclərin vəzifəsidir”.

Fikirlərini Ulu Öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözləri ilə yekunlaşdıran B.Muradova, bundan sonra da xalqı üçün çalışan, fədakarlıq göstərən çoxsaylı oğul və qızların yetişəcəyinə inamını ifadə edərək, konfransın işinə uğurlar arzulayıb.

YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsindəki tarixi xidmətlərindən bəhs edib. Dövlət idarəçiliyində əldə olunan uğurlardan, sosial-iqtisadi nailiyyətlərdən danışaraq bu yolda Yeni Azərbaycan Partiyasının rolunu xüsusi vurğulayıb. 

Konfrans Milli Məclisin deputatı Pərvin Kərimzadənin moderatorluğu ilə panel müzakirələrlə davam edib.  Paneldə Milli Məclisin deputatları Musa Quliyev və Kamal Cəfərov, ictimai xadim Həsən Həsənovun çıxışları dinlənilib.  

Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, ictimai xadimlər, müəllim və tələbələr iştirak edib.   

Z.HÜSEYNOVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri