Azərbaycan xalqının hüzn və kədərinə şərikik Polşa Prezidenti
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Polşa Respublikasının Prezidenti Andjey Duda Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.
"Unikal" xəbər verir ki, məktubda bildirilib:
"Hörmətli cənab Prezident.
Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Bu fəlakət zamanı həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bu mövzuda digər xəbərlər:Polşa Prezidenti: Ölkəmizin bütün vətəndaşları Azərbaycan xalqının hüzn və kədərinə şərikdirlər
26 Dekabr 2024 18:18
Polşa klubunun prezidenti: Azərbaycan təmsilçilərindən çəkinmirəm
04 İyun 2025 11:07
Düşüncələrimiz dost Azərbaycan xalqının yanındadır Monteneqro Prezidenti
28 Dekabr 2024 19:02
Polşa Prezidenti: Azərbaycan COP29u yüksək səviyyədə təşkil edib
12 Noyabr 2024 17:26
Baxış sayı:157
Bu xəbər 26 Dekabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















