Azərbaycan XİN başçısının müavini Somalidə səfərdədir
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Somalidə səfərdədir.
“Report” xəbər verir ki, bu barədə Somalinin Türkiyədəki səfirliyinin X hesabında məlumat verilib.
"Somalinin xarici işlər dövlət naziri Əli Ömər və ölkənin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Əli Mohamed bu gün Moqadişo beynəlxalq hava limanında Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüblər", - məlumatda qeyd olunub.
Moqadişoya ikigünlük səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti müxtəlif rəsmilərlə görüşlər keçirəcək və iki ölkə üçün qarşılıqlı maraq doğuran çoxsaylı mövzuları müzakirə edəcək.

Hökumət missiyamız Somalidə
06 Fevral 2025 10:15
Azərbaycan səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb
07 Noyabr 2024 05:37
Azərbaycan XİN başçısının müavini Surinamla əməkdaşlığın əsas istiqamətlərini açıqlayıb
06 Mart 2025 12:02
Somalidə 70 terrorçu zərərsizləşdirildi
19 May 2025 13:32
Azərbaycan XİN başçısının müavini Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb
30 Dekabr 2024 13:37

