Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Azərbaycan yanacağının İrəvanda şok effekti: İnhisarı sındırdı

Azərbaycan yanacağının İrəvanda şok effekti: İnhisarı sındırdı

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İkinci Qarabağ müharibəsindən və 8 avqust Vaşinqton anlaşmasından sonra Bakı Cənubi Qafqazda formalaşdırdığı yeni geosiyasi reallığa uyğun olaraq ardıcıl və məqsədyönlü addımlar atmaqdadır. Azərbaycan regionda dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın qurulmasını strateji prioritet kimi müəyyən edib və bu istiqamətdə yalnız bəyanatlarla deyil, real addımlarla çıxış edir.

Bakı üçün əsas hədəf bölgədə uzun illər davam etmiş düşmənçiliyə son qoymaq, sülhü institusional müstəviyə keçirmək və etimad mühitini formalaşdırmaqdır. Bu yanaşma Azərbaycanın regional liderlik modelinin əsasını təşkil edir: gücə əsaslanan sülh və iqtisadi inteqrasiya vasitəsilə sabitlik.

Blokadadan əməkdaşlığa: yeni mərhələ
Son aylarda Azərbaycanın atdığı addımlar bu strategiyanın praktik təzahürüdür. 30 ildən artıq müddətdə blokada şəraitində yaşayan Ermənistan üçün Azərbaycan üzərindən zəruri məhsulların daşınmasına şərait yaradılması region üçün prinsipial dönüş nöqtəsidir. Bakı bununla göstərir ki, sülh yalnız siyasi sənədlərdən ibarət deyil, gündəlik iqtisadi və sosial münasibətlərdə özünü göstərməlidir.

Bu kontekstdə Azərbaycanın öz neft məhsullarını Ermənistan bazarına çıxarması xüsusi əhəmiyyət daşıyır. Artıq ikinci partiya neft və dizel yanacağı Ermənistana göndərilib və bu addım dərhal real iqtisadi nəticə verib.

Azərbaycan benzini Ermənistan bazarını silkələyib
Azərbaycan yanacağının Ermənistan bazarına daxil olması qiymətlərdə nəzərəçarpacaq ucuzlaşma yaradıb. Bu faktı Ermənistanın baş naziri Nikol Paşinyan özü də açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistan Azərbaycan istehsalı olan benzini idxal etməyə başlayıb və xüsusilə premium dərəcəli benzinin qiyməti 15% aşağı düşüb.

Paşinyan həmçinin bildirib ki, Azərbaycandan dizel yanacağının idxalı da həyata keçirilib və dizelin ən aşağı qiyməti 2% azalıb. Adi benzinin qiyməti isə dekabr ayı ilə müqayisədə təxminən 8% ucuzlaşıb. Baş nazir bu prosesi birbaşa “sülh gündəliyinin və onun real faydalarının nəticəsi” kimi qiymətləndirib.
Bu etiraf bir daha göstərir ki, Bakı ilə əməkdaşlıq Ermənistan üçün ideoloji yox, konkret iqtisadi qazanc deməkdir.

İnhisarların sonu, vətəndaşın qazancı
Paşinyan diqqətə çatdırıb ki, bu əməkdaşlığa qarşı narazılıqlar əsasən Ermənistanda illərdir benzin bazarını inhisarda saxlayan maraq qrupları tərəfindən qızışdırılır. Azərbaycan yanacağının bazara daxil olması həmin inhisarçı mexanizmləri sarsıdır və qiymətlərin aşağı düşməsinə məcbur edir.
Nəticədə qazanan tərəf Ermənistan vətəndaşları olur. Bu, regional əməkdaşlığın sosial ölçüsünü də ortaya qoyur. Sülh yalnız siyasi elita üçün deyil, sıravi insanlar üçün də fayda verməlidir.

Rəqəmlər danışır
Ermənistan Statistika Komitəsinin məlumatları da bu tendensiyanı təsdiqləyir. 2025-ci ilin dekabr ayında benzinin qiyməti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8%, dizel yanacağının qiyməti isə 0,9% aşağı düşüb. Ümumilikdə isə 2025-ci ilin yanvar–dekabr aylarında benzin və dizel qiymətləri müvafiq olaraq 2,2% və 4,1% azalıb.

Bu göstəricilər Azərbaycanın atdığı addımların təkcə siyasi jest olmadığını, bazar mexanizmlərinə birbaşa təsir göstərdiyini sübut edir.
Azərbaycan açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqazda sülh və əməkdaşlıq alternativsizdir. Bakı bölgədə gərginlikdən yox, sabitlikdən qazanc əldə edən model formalaşdırır. Enerji ticarəti, nəqliyyat dəhlizləri, iqtisadi inteqrasiya və humanitar əlaqələr bu strategiyanın əsas dayaqlarıdır.

Bakı bu xətti davam etdirəcək. Çünki Azərbaycanın sülh planı təkcə siyasi ambisiya deyil, artıq işləyən və nəticə verən real modeldir. Regionun gələcəyi qarşıdurmada deyil, məhz bu əməkdaşlıq formatında formalaşacaq.

 Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri