Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

A Seriyası: 19 illik rekord təkrarlandı

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Azərbaycan yaşamaq hüququ baxımdan da dünyaya örnəkdir

Azərbaycan yaşamaq hüququ baxımdan da dünyaya örnəkdir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İnsan hüquq və azadlıqlarının müdafiəsi müasir, demokratik cəmiyyətlərin təməl prinsiplərindən biri hesab olunur. Bu hüquqların etibarlı şəkildə qorunması, hər bir fərdin ləyaqətli həyat sürmək, sərbəst fikirlərini ifadə etmək və azad seçim etmək imkanlarını təmin edir. Hər bir vətəndaşın hüquqlarının tanınması və qorunması yalnız dövlətin deyil, eyni zamanda bütövlükdə cəmiyyətin rifahı və inkişafı üçün həlledici rol oynayır.

Vətəndaşların hüquqi və siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi isə, hüquqi dövlət quruculuğunun və səmərəli vətəndaş cəmiyyətinin formalaşmasının əsas şərtlərindən biridir. Bu, yalnız hüquqi biliklərin artırılması ilə kifayətlənmir, həm də insanların öz hüquqlarından düzgün şəkildə istifadə edə bilmələri, başqalarının hüquqlarına hörmət etmələri və hüquqi normalara uyğun davranmaları ilə əlaqəlidir.

Xüsusilə, gənc nəslin hüquqi savadlılığının artırılması, həm bu gün, həm də gələcək üçün hüquq mədəniyyətinin möhkəmləndirilməsi baxımından vacibdir. Media, təhsil müəssisələri, qeyri-hökumət təşkilatları və digər ictimai institutlar bu prosesdə aktiv rol oynamalıdır. Cəmiyyətin tərəqqisinə təsir edən əsas amillərdən biri vətəndaşların sosial və siyasi proseslərdə fəal iştirakıdır.

Qeyd etmək lazımdır ki, “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiqlənmiş və bu sənəd insan hüquq və azadlıqlarının təmin olunmasını Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir.

Bu prinsipi davam etdirən Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu tarix, insan hüquqlarına verilən yüksək dəyərin və onların müdafiəsinin dövlət səviyyəsində prioritet məsələ olduğunu bir daha təsdiqləyir.

Ötən əsrin 1990-cı illərinin ortalarından etibarən həyata keçirilən islahatlar nəticəsində Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğuna ciddi təkan verilib. Bu dövrdən başlayaraq, xalqımızın rifahı və xoşbəxt gələcəyi naminə zəruri təminatlar yaradılıb, ictimai-siyasi sabitlik və ümumi əmin-amanlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Eyni zamanda, qanunun aliliyinə əsaslanan müasir, sivil vətəndaş cəmiyyətinin formalaşdırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilərək davamlı şəkildə bu sahədə iş aparılıb.

Globalinfo.az-a danışan Milli Məclis Sədrinin müavini Musa Qasımlı deyib ki, dünyəvi, demokratik dövlət olan Azərbaycan Respublikası insanın ali hüququ olan yaşamaq hüququnun ən etibarlı şəkildə qorunduğu və təhlükəsiz yaşayışının təmin edildiyi ölkə kimi dünyaya bir örnəkdir:

“Dövlətimiz millətimizin müxtəlif səviyyələrini özündə ehtiva edən inkişaf yolunu müəyyənləşdirir, onlara uyğun olaraq qanunları, müvafiq sənədləri qəbul edir və həyata keçirir.

Lakin insan hüquq və azadlıqlarının qorunması işində cəmiyyətimiz fəal olmalı, hüquqi və siyasi mədəniyyət yüksəldilməlidir. Müasir şəraitdə hüquqi və siyasi mədəniyyəti yüksəltməyin yolları çoxdur”.

Musa Qasımlının sözlərinə görə, ilk növbədə, media bu istiqamətdə böyük işlər görə bilər:

“Televiziyaların funksiyalarından biri olan maarifləndirmə məqsədli proqramların artırılmasına ehtiyac olduğu qənaətindəyəm. Sosial şəbəkələrdə də işlər aparıla bilər. Qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin və s. hüquqi və siyasi mədəniyyətin yüksəldilməsinə dair həyata keçirəcəyi layihə, seminar və təlimlər faydalı olar”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see664

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see434

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see396

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see280

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see273

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see271

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see241

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see235

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see223

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see214

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see213

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see211

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see210

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see207

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see206

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see196

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see195

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see192

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see186

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri