Icma.az
close
up
RU
Azərbaycan yeni dünya düzənində öz yerini və rolunu müəyyənləşdirib Mehriban Vəliyeva

Azərbaycan yeni dünya düzənində öz yerini və rolunu müəyyənləşdirib Mehriban Vəliyeva

Icma.az bildirir, Modern.az portalına istinadən.

 “İkinci Dünya Müharibəsindən sonra dünyada yaranan siyasi düzənin yenidən formalaşdırılmasına ciddi ehtiyac yaranıb. Özünü doğrultmayan köhnə düzən müasir tələblərə cavab vermir. Bir sıra hallarda böhrana səbəb olur. Dünyadakı mövcud münaqişələr, müharibələr, o cümlədən, Qərb ölkələrində kök salan siyasi və mənəvi böhran dünyanın siyasi vizyonunun yenidən qurulmasını diktə edir. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyaya verdiyi müsahibəsində yeni dünya nizamında Cənubi Qafqazın yeri və Azərbaycanın rolu barədə təhlili bu mənada çox diqqətəlayiqdir. Dövlət başçısı bildirdi ki, Azərbaycan bu prosesin sadəcə müşahidəçisi deyil, fəal iştirakçısıdır. Mövqeyimiz çox aydın və konkretdir: suverenlik prinsipinin toxunulmazlığı və daxili işlərə müdaxilənin yolverilməzliyi. Əslində bu prinsiplər təkcə Azərbaycan üçün deyil, təhdidlərlə üz-üzə qalan bir çox ölkə üçün keçərlidir. Bunu ölkəmiz və rəhbərimiz bütün situasiyalarda birmənalı olaraq öz siyasıi mövqeyimiz kimi təqdim edir: milli maraqların və beynəlxalq hüququn aliliyi əsas prinsip olaraq qəbul olunur”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Neoimperializm siyasətinin dövlətlərin müstəqilliyinə ciddi təhlükə olduğunu diqqətə çatdıran M.Vəliyeva qeyd etdi ki, bu gün inkişaf etməkdə olan ölkələr müstəqil xarici siyasət yürütməkdə, milli iqtisadi sistem qurmaqda bir sıra problemlərlə üzləşirlər: “Əsas problem xarici müdaxilələr, təhdidlərdir. Özlərini dünyanın sahibi kimi aparan Qərb dövlətləri öz sistemlərini, baxışlarını bütün ölkələrdə tətbiq etmək istəyirlər. Beşdən ibarət dünyaya hökm edən ölkələrin diktə maşını çox köhnəlib. Bir zaman ədalət, qanunun aliliyi, demokratiya, insan hüquqları pərdəsi arxasında gizlənən təsisatlar nüfuzdan düşür və arxa plana keçir. Onlar özlərinə yaxın olan siyasi qüvvələri cinayətkar, destruktiv, işğalçı olsalar belə, müdafiə edirlər. İkili standartlarla işləyirlər. Ancaq ,təəssüf ki, öz öhdəliklərini icra edə bilmirlər. Biz bunu Ermənistanın timsalında görürük. 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış, etnik soyqırımı törətmiş, Qarabağda vandalizm aktı həyata keçirmiş bir ölkə bu gün dünyaya əzilmiş, sülh tərəfdarı kimi təqdim edilir. Azərbaycan isə əskinə, aqressor kimi göstərilir. Cənubi Qafqazda gərginlik yaratmaq və bölgəni qlobal güc mərkəzlərinin maraqlarına uyğun şəkildə formalaşdırmaq istəyən beynəlxalq gücləri burada qanunun aliliyi, sabitlik və inkişaf maraqlandırmır. Beynəlxalq siyasi vizyonun bu cür eybəcərlikləri bizi daha ehtiyatlı və daha güclü olmağa səsləyir. Azərbaycan dövləti regionumuzla bağlı məkrli planları haqlı olaraq pozur və güclü müdafiə sistemi formalaşdırır. Azərbaycan öz təhlükəsizliyini qorumaq üçün ciddi mexanizmlərə sahibdir. Azərbaycan xarici təhdidləri ciddi şəkildə analiz edir, balanslı, çoxtərəfli müstəqil siyasət yürüdür və bölgədə sabitliyi qorumaq üçün səylərini davam etdirir. Azərbaycanın siyasi mövqeyi beşdən artıq coğrafi məkanda qəbul olunur. Cənubi Qafqazda laqistika imkanları, iqtisadi və hərbi güc, güclü siyasi lideri onu əsas söz sahibinə çevirir. Nəinki Cənubi Qafqaz, inkişaf etməkdə olan ölkələrin etibarlı tərəfdaşı olması, ədalət prunsipi dünyanın yeni düzənində Azərbaycanın həledici mövqeyini göstərir.

M.Vəliyeva onu da qeyd etdi ki, sanki dünyanın yenidən bölüşdürülməsi hərisliyi yenidən baş qaldırır:

“Azərbaycan dövləti öz ərazisində separatizmin kökünü tamamilə kəsməklə öz suverenliyini təmin etdi və bu da neoimperialistlərin planlarını alt-üst etdi. Prezidentin də vurğuladığı kimi, Avropada hökm sürən siyasi-mənəvi böhran səbəbindən bu qitənin qlobal güc, cazibə mərkəzi rolunu itirib. Rusiya-Ukrayna müharibəsinin qarşısını almaqda acizlik nümayiş etdirən Avropa ABŞ-ın yedəyində hərəkət edir. Rusiyaya qarşı sanksiyalar, Çinin dünyada artan iqtisadi və siyasi gücü, milyonlarla qaçqının Avropaya axın etməsi, Yaxın şərqdəki proseslər dünyanın yeni siyasi düzəninə ciddi təsir göstərir. Göründüyü kimi, kifayət qədər mürəkkəb geosiyasi proseslərdə Azərbaycanın yeri və rolu hər birimizi düşündürür. Cənab Prezident haqlı olaraq, həm daxildə iqtisadi və siyasi islahatlar aparmaqla inkişafı, sabitliyi təmin edir, həm də xarici siyasətini milli maraqlara uyğun həyata keçirir. ABŞ-ın yeni  prezidenti Donald Trampın dövründə ABŞ-Azərbaycan münasibətlərinin bərpa olunacağına və əvvəlki səviyyəsinə qayıdacağına ümidini ifadə edən Prezident İlham Əliyev Türkiyə və Türk dünyası ilə güclü əlaqələr qurur. Dünya nizamında yaranan boşluqları Türk Dövlətləri Təşkilatının və aparıcı müsəlman dövlətlərini birləşdirən və ilk genişlənmədə Azərbaycanı da öz sıralarına daxil etmiş D8 Təşkilatının uğurla dolduracağını önə çəkən dövlət başçısının qlobal proseslərə baxışları olduqca qiymətlidir. Prezident qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır. Hesab edirəm ki, D8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır".

Millət vəkili bildirdi ki, dünyada gərginliyin artdığı bir dönəmdə Azərbaycanın sabitlik adasına çevrilməsi aparılan düzgün təhlillərin və siyasətin nəticəsidir: “Azərbaycan artıq beynəlxalq səhnədə təşəbbüskar bir dövlət kimi çıxış edir. Biz yeni siyasi düzəndə öz tərəfdarlarımızı seçmişik. Suverenliyimizə hörmət edən, daxili işlərimizə qarışmayan istənilən dövlətlə əməkdaşlıq etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Bizi görməzdən gəlməyə cəhd edənlərə isə qəti cavabımız və mövqeyimiz var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri