Azərbaycan yığması sonuncu oyunda uduzdu
Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində üçüncü matçında Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş Estoniya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolu 90-cı dəqiqədə Nicat Kərimov vurub.
U-17 oyuna bu heyətlə çıxıb: 12. Nurəziz Əzizov, 2. İsmayıl Səfərli, 4. Rəşad Gülüşov, 5. Səttar Tahirzadə (k), 8. Nihad Cəfərzadə, 11. Pünhan Kərimov, 13. Nihad Hüseynzadə, 14. Onur Əliyev, 16. Ramin Abıyev, 19. Amin Rzayev, 20. Kamil Həsənov.
Qeyd edək ki, millimiz turnir çərçivəsində Moldovaya (0:1) məğlub olub, Gürcüstana (1:0) qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Aprel 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















