Icma.az
close
up
RU
Azərbaycan zəli məhsulları ixrac edə bilər

Azərbaycan zəli məhsulları ixrac edə bilər

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu "Azexport" portalında tibbi zəli istehsalı ilə məşğul olan yerli müəssisə nümayəndəsi ilə görüş keçirilib.

525.az Mərkəzə istinadən xəbər verir ki, görüşün əsas mövzusu beynəlxalq bazarlarda artan tələbat fonunda Azərbaycan istehsalı olan zəli məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, qlobal bazardakı mövcud potensial və atılacaq birgə addımlar olub.

"Azexport"un rəhbəri Ayxan Qədəşov sahibkar Şaiq Qasımovla görüşündə son illər qlobal bazarda tibbi zəliyə və təbii müalicə vasitələrinə marağın kəskin artdığı, bunun da yerli istehsalçılar üçün yeni bazarlara çıxış imkanı yaratdığı bildirilib.

Görüşdə iştirak edən müəssisə rəhbəri Ş. Qasımov yetişdirilən zəlilərin ekoloji təmizliyinə və tibbi keyfiyyət göstəricilərinə görə beynəlxalq standartlara tam cavab verdiyi, həmçinin istehsal həcmini artırmaq üçün yetərli potensialın olduğunu diqqətə çatdırıb. Görüşdə bu kateqoriyadan olan məhsullar istehsal edən sahibkarların xarici bazarlara inteqrasiyasını təmin etmək üçün beynəlxalq sertifikatların alınması, gömrük prosedurlarının düzgün idarə olunması və idxalçı ölkələrin tələblərinə uyğunlaşma prosesində birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb.

Müzakirələrin yekunu olaraq, Azərbaycanda istehsal olunan zəli məhsullarının yüksək alıcılıq qabiliyyətinə malik Avropa, Körfəz və Asiya ölkələrinə ixracının təşkili məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi qərara alınıb.

"Azexport"un xidmətlərinə görə ödəniş və yaxud satışlardan komissiya nəzərdə tutulmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2026 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see348

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see304

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see303

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see294

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see245

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see240

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see240

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see234

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see220

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see214

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see210

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see208

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see208

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see205

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see204

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see204

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see201

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see196

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri