Icma.az
close
up
RU
Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək?

Azərbaycan “Zəngəzur dəhlizi” müqabilində İrəvana nə verəcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ermənistan və Azərbaycan hazırda nəqliyyat əlaqələrinin açılmasının təfərrüatlarını, o cümlədən marşrutların qarşılıqlı istifadə şərtlərini müzakirə edirlər”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” Partiyasından olan millət vəkili və Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsinə namizəd Sarkis Xandanyan bildirib.

Məsələni Ermənistan fraksiyasının rəhbəri Anna Qriqoryan qaldırıb. O, parlamentin iclasında Ermənistanın Azərbaycandakı hansı yollardan istifadə edə biləcəyi ilə maraqlanıb. Deputat Azərbaycanın TRIPP marşrutundan istifadəsi halında Ermənistanın hansı yollardan istifadə edə biləcəyini soruşub.

Xandanyan suala cavab olaraq bildirib ki, qarşılıqlılıq prinsipi ilə bağlı məsələlər hələ də müzakirə olunur: “Bunlar xüsusən də gömrük rüsumları və digər ödənişlərlə bağlı ola bilər. Ermənistan və Azərbaycan bu məsələlərin müzakirəsini layihənin icrası mərhələsində, nəqliyyat əlaqələri başlayanda yekunlaşdıracaqlar".

Xatırladaq ki, TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) layihəsi Zəngəzur vilayətindən keçən strateji tranzit dəhlizinin yaradılmasını nəzərdə tutur. 

Layihəyə əsasən, Ermənistan ABŞ-yə Azərbaycanın digər bölgələrinin Naxçıvanla quru əlaqəsi quracağı marşrutu inkişaf etdirmək üçün 99 ilə qədər  eksklüziv hüquqlar verəcək. Bunun üçün əksər payı ABŞ-yə məxsus olan şirkətin yaradılması nəzərdə tutulur. 

Birinci mərhələdə ABŞ-yə 74%, Ermənistana isə 26% pay təklif olunur. Müqavilənin yenilənməsi ilə Ermənistanın payının 49%-ə çatdırılması ehtimalı var.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Avqust 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri