Icma.az
close
up
RU
Azərbaycan ziyalıları və ədəbiyyat xadimləri Natəvanın Fransadakı heykəlinə qarşı rəftarı pisləyib BƏYANAT

Azərbaycan ziyalıları və ədəbiyyat xadimləri Natəvanın Fransadakı heykəlinə qarşı rəftarı pisləyib BƏYANAT

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Azərbaycanın tanınmış ziyalıları və ədəbiyyat nümayəndələri Fransada Xurşudbanu Natəvanın abidəsinə qarşı edilənlərlə bağlı bəyanat qəbul ediblər.

APA xəbər verir ki, bəyanatda deyilir:

"Biz – Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət və elm xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Yelisey Sarayının sifarişi ilə Fransanın Evian-Le Ba şəhərində Xurşidbanu Natəvanın heykəlinə qarşı nümayiş etdirilən rəftarı qəbuledilməz sayırıq, abidənin üzərinin bağlanmasını Azərbaycan mədəniyyətinin təhqir edilməsi kimi dəyərləndiririk.

Xurşidbanu Natəvan bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınır, onun əsərləri Azərbaycanda dövlət varidatı elan olunub. Görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Natəvan eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır.

Evian-Le Ba şəhərində baş vermiş rəzalət Fransa hakimiyyətində azərbaycanafobiya, türkofobiya, islamafobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Ədəbiyyatın, incəsənətin, mədəniyyətin çirkin siyasi oyunbazlığa alət edilməsini kəskin şəkildə pisləyirik.

Natəvan Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın nəticəsidir, Xan qızının bütün həyat və fəaliyyəti doğma Şuşa ilə sıx bağlıdır. O, daim Şuşa şəhərinin abadlığı və ictimai-mədəni mühitinin inkişafı üçün çalışıb, humanist təbiəti, nəcibliyi, mərhəməti ilə şöhrət qazanıb.

Vaxtilə Natəvanın Şuşada büstü ucaldılmışdı, həmin abidə Azərbaycan mədəniyyətinin böyük şəxsiyyətləri Üzeyir Hacıbəyli, Bülbülün büstləri kimi 1992-ci ildə Ermənistan tərəfindən güllələndi və material kimi xaricdə satışa çıxarıldı. Bu gün hər 3 büst Şuşada – doğma torpağındadır.

Azərbaycan Prezidenti İlham Əliyev bu milli irsi, tarixi ədaləti bərpa etdi. Natəvanın Ağdamda ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsi də abadlaşdırıldı.

Bu gün Natəvanın Şuşada ucaldılan büstü, Ağdamda bərpa edilmiş qəbirüstü abidəsi Azərbaycan xalqının tarixi Zəfərinin təntənəsini nümayiş etdirir.
Onların dağıdılması, talan edilməsi artıq tarixin arxivinə qovuşmuş ATƏT-in Minsk qrupuna həmsədr ölkə kimi bütün işğal dövründə Fransanın gözləri qarşısında baş verib.

Vaxtilə Natəvanın ailə mülkü olan Xankəndi də indi azaddır.

Göründüyü kimi, bu gün Natəvan obrazı həm də yeni çalarlar qazanaraq, özündə Şuşa zəfərini, Xankəndi qələbəsini təcəssüm etdirir.

Ona görə də Fransada məhz Natəvanın abidəsinə qarşı olan bu iyrənc hərəkətlər təsadüfi görünmür. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian-Le Ba şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmalıdır. Bu, Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.
2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan Fransa tərəfindən davamlı şəkildə iftiralarla üzləşdi. Bu gün də bütün beynəlxalq platformalarda Fransa hakimiyyəti Azərbaycana qarşı hücuma keçib. Biz yaxşı başa düşürük ki, bu, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı tarixi Zəfərin qisasıdır. Yelisey Sarayından buna son qoyulmasını tələb edirik.

Fransa hakimiyyətini Natəvanın heykəli ilə əlaqədar rüsvayçılığı aradan qaldırmağa, həmin parkda yerləşdirilmiş lövhədə silinmiş “Azərbaycan Bağı” sözlərini yerinə qaytarmağa çağırırıq.

Biz Fransanın Azərbaycandakı səfirinə indiyədək getməkdən imtina etdiyi Şuşada Natəvanın abidəsini ziyarət etməyə mənəvi borcu olduğunu xatırladırıq.

Yelisey Sarayı Azərbaycan bədii fikrinin və mədəniyyətinin görkəmli xadiminə qarşı bu hərəkətlər, azərbaycanlı diplomatların, jurnalistlərin Fransadan çıxarması əvəzinə, Parisdəki Azərbaycan Səfirliyinə edilmiş hücumu araşdırmalı, günahkarları cəzalandırmalıdır.

Bu, bütün Azərbaycan ictimaiyyətinin gözləntisi və tələbidir".

İmzalar:
Anar - Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri;
Fərhad Xəlilov - Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri;
Rəşad Məcid – Azərbaycan Mətbuat Şurasının sədri;
Rasim Balayev - Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri;
Çingiz Abdullayev - Xalq yazıçısı;
Sabir Rüstəmxanlı – Xalq şairi;
Nəriman Həsənzadə - Xalq şairi;
Ramiz Rövşən – Xalq şairi;
Mövlud Süleymanlı – Xalq yazıçısı;
İlgar Fəhmi – Azərbaycan Yazıçılar Birliyinin katibi;
Səlim Babullaoğlu - Azərbaycan Yazıçılar Birliyinin katibi;
Elçin Hüseynbəyli - Azərbaycan Yazıçılar Birliyinin katibi;
Fuad Məmmədov - "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri;
Bəyimxanım Verdiyeva - Xan Şuşinski Fondunun sədri;
Nəsiman Yaqublu - “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri
Mübariz Əsgərov - “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri;
Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;
Nuriyyə Hüseynova – Dünya Musiqi Xəzinəsinin İncisi – Muğam İctimai Birliyinin sədri.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri