Icma.az
close
up
RU
Azərbaycana atom stansiyası lazımdırmı? 1986 ci ilin qərarı icrasız qalıb

Azərbaycana atom stansiyası lazımdırmı? 1986 ci ilin qərarı icrasız qalıb

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Gənclik dövrümüzdə bizi oxumağa, atom reaktoru inşa etməyə göndərirdilər. Sonradan müxtəlif hadisələrə görə bu gedişatı dayandırdılar, daha sonra Çernobıl faciəsi, təəssüf, ideyanı kökündən qopardı".

Bunu “Yeni Sabah”a AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri üzrə fəlsəfə doktoru İslam Mustafayev bildirib.

O, Azərbaycanda atom elektrik stansiyası (AES) tikintisi məsələsinə münasibət bildirib:

"Son 1 ildir yenidən AES inşasına dair danışıqlar aparılır. Bu il məsələ 2 dəfə müzakirə olunub. Danışıqlar gedir ki, modul tipli reaktorların tikilməsi imkanları araşdırılsın. Bu imkanların yaranıb-yatanmayacağı hələlik sual altındadır.

2015-ci ildə bir qərar olub, tədqiqat reaktoru tikilməsi haqqında, lakin hələlik o, icra olunmayıb".

İslam Mustafayev bildirib ki, ümumiyyətlə, AES nüvə enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etməkdə çox səmərəlidir:

"Əsas enerji mənbəyi nüvə reaktorudur, nüvə reaktorunda bəzi ağır elementlərin parçalanması ilə nəticələnən zəncirvari reaksiya baş verir. Bu zaman yaranan istilik enerjisi adi istilik elektrik stansiyalarında (İES) olduğu kimi elektrik enerjisinə çevrilir

Nüvə reaktorunda nüvə yanacağı kimi əsasən uran-235, uran-233 və plutonium-239-izotoplarından istifadə edilir 1 qram uran və ya plutoniumun izotopları bölünəndə 22,5 min kVt / saat enerji yaranır. bu da təxminən 3 ton standart yanacağın (təbii qaz, mazut və s.) yandırılmasına bərabərdir.

Dünyada ilk atom elektrik stansiyası 1954-cü ildə Rusiyada Obninskdə inşa edilib (gücü 5 MVt). 1984 və 1985-ci illərdə hər il 33 ədəd olmaqla, rekord sayda reaktor istifadəyə verilmişdi.

Bir çox ölkələrdə, o cümlədən ABŞ, İngiltərə, Almaniya, Fransa, Rusiya və s. AES-lər fəaliyyət göstərir. Fransa istifadə etdiyi enerjinin 80%-ini AES-lər vasitəsilə əldə edir. Hazırda 32 ölkədə 440 ədəd AES fəaliyyət göstərir.  

AES-in əsas üstünlüyü istifadə olunan yanacağın azlığı və yanacaq mənbələrindən praktiki olaraq müstəqil olmasıdır. Məsələn, 1-1.5 il ərzində VVER-1000 reaktoru ümumi çəkisi 41 ton olan yanacaq yandırırsa, 2000 MVt gücündə olan Elektrik Stansiyası gündə iki qatar kömür yandırır və ya milyonlarla kub metr təbii qaz yandırır.  

Atom elektrik stansiyasının ən böyük üstünlüyü onun ekoloji təmizliyidir. Hesablanmış elmi məlumatlara əsasən, istilik elektrik stansiyalarında kükürd dioksid, azot oksidləri, karbon oksidləri, karbohidrogenlər, aldehidlər və digər zərərli maddələrin ümumi illik tullantıları – hər 1000 MVt-a qədər təxminən 13.000 ton və kömürlə işləyən elektrik stansiyalarında 165.000 tona yaxındır.

1000 MVt gücündə bir İES yanacağın oksidləşməsi üçün ildə 8 milyon ton oksigen tələb olunur, AES-lərdə isə oksigen istifadə edilmir. Çünki parçalanma reaktorun daxilində uran izotoplarının neytronlarla bombardman etməklə aktivləşdirib enerjiyə çevirməklə aparırlar.  AES-də isə oksigen ümumiyyətlə istehlak edilmir. Bundan əlavə, kömürlə işləyən stansiyalarda radioaktiv maddə tullantıları daha çox olur. Kömürdə həmişə təbii radioaktiv maddələr olur, kömür yandırıldıqda onlar demək olar ki, manesiz şəkildə xarici mühitə daxil olurlar. Üstəlik, istilik elektrik stansiyaları tullantılarının spesifik aktivliyi nüvə stansiyaları ilə müqayisədə bir neçə dəfə çoxdur.

AES-lərdə digər ənənəvi KES-lə müqayisədə texnoloji suyun yüksək istehlakı ilə istilik çirkliliyi (termal çirklilik) yaranır. Bununla birlikdə, bu amil su ekosistemləri üçün vacibdir və müasir nüvə elektrik stansiyaları əsasən süni şəkildə yaradılan soyutma anbarları ilə bu suları soyuda bilər. Bundan başqa, bəzi atom elektrik stansiyaları istiliyin bir hissəsini şəhərlərdə istilik və isti su təchizatı ehtiyaclarına yönəldir ki, bu da istilik itkisini azaldır

AES-lərlə bağlı ən çox narahatlıq yaradan amil – qəza zamanı radioaktiv çirklənmə ehtimalıdır. Mövcud radiasiya təhlükəsizliyi standartları (NRB-99) nüvə stansiyalarının yerləşdirilməsi və istismarı üçün ciddi tələblər qoyur. Sanitariya qaydaları ilə müəyyən edilmiş normalar o qədər sərtdir ki, icazə verilən emissiyaları olan nüvə elektrik stansiyalarının istismarı zamanı yalnız 100 il ərzində cəmi 1 millizivert (mSv) əlavə radiasiya toplaya bilər. Bütün il ərzində maksimum icazə verilən tullantıları olan AES-lər işləyərkən belə, atom elektrik stansiyasının yaxınlığında yaşayan əhalinin radiasiyaya məruz qalma səviyyəsi 0,2 mSv-dən çox olmayacaq (normadan 5 dəfə aşağı). Eyni gücdə olan atom və istilik elektrik stansiyalarının radiasiya təsirlərini müqayisə etsək, kömürlə işləyən İES-lərin təbiəti 3 dəfə çox radiasiyaya (torium, radium, polonium) məruz qoyduğunu görərik.

Azərbaycanda AES tikilməsi layihəsi Sovet dövründə planlaşdırılmışdı. 1981-ci ildə, SSRİ rəhbərliyi Azərbaycanda atom elektrik stansiyasının tikilməsi barədə qərar verdi və bu layihəni həyata keçirmək üçün ilkin planlama işlərini SSRİ Nazirlər Sovetinə tapşırdı. 1982-ci ildə Azərbaycan energetikləri AES-in tikilməsinin vacibliyi haqqında bəyanat imzalayıb. 1986-cı ilin fevralında Azərbaycan SSR-in KP MK-nin 1-ci katibi Kamran Bağırov rəsmi olaraq AES-in tikilməsini dəstəklədi. Ancaq həmin il Çernobıl AES-də baş verən qəza layihənin həyata keçirilməsinə imkan vermədi.

AES-in tikiləcəyi region olaraq hazırkı Hacıqabul rayonunun Nəvahı qəsəbəsi nəzərdə tutulurdu. SSRİ-nin dağılmasından sonra Azərbaycan bu layihəni davam etdirmək istəsə də, müharibə şəraiti və maddi problemlər bunu həyata keçirməyə imkan vermədi. Prezident İlham Əliyevin bir zamanlar Moskva səfəri zamanı Putinin səsləndirdiyi təklifdən sonra yenidən aktuallaşıb.

Nəzərə alınsa ki, AES-lərin idarəedilməsində olan sərt qaydalar, dəqiq texnologiya və qurğuların onun istifadəsini çətinləşdirir. İlkin qiymətləndirmələrə görə iki enrji bloku ilə təchiz edilən AES-nin tikintisinin qiyməti 10 mld dollardan yuxarıdır.

Rəvan Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 İyun 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see161

Xərçəng xəstəliyinə qarşı “Troya atı”

15 İyun 2025 23:21see154

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see153

Netanyahu: İran nüvə silahını Husilərə ötürmək niyyətində idi

15 İyun 2025 22:02see146

İsrail İran qarşıdurması yaxın saatlarda bitəcək

16 İyun 2025 12:22see132

Qəbələdə QƏTL: Həmkəndlisini öldürdü

16 İyun 2025 06:26see129

Tahir Budaqov: Azərbaycan qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir

15 İyun 2025 21:03see125

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

15 İyun 2025 20:23see123

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see122

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see122

“Nitsa”nın forvardı Türkiyə yolunda

15 İyun 2025 23:27see121

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see120

Fənərbaxça rusiyalı futbolçunu istəyir

15 İyun 2025 22:44see120

Əməliyyatlar daha dağıdıcı olacaq

16 İyun 2025 13:18see120

Trabzonspor üzvü evləndi və sosial şəbəkədə bunu etdi

16 İyun 2025 07:02see117

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see116

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

16 İyun 2025 16:21see114

Qadınların sağlamlığına nə təsir edə bilər..?

15 İyun 2025 22:36see113

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see113

Rumıniya sərhədçiləri ukraynalı cütlüyü 1,4 milyon dollarla saxlayıb

16 İyun 2025 07:54see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri