Azərbaycana Çinin Çjentszyan əyalətindən tranzitlə Türkmənistandan keçən yükdaşıma marşrutu açılıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Astana, 20 iyun, AZƏRTAC
Çinin şərqində yerləşən Çjentszyan əyalətinin Tszinxua şəhərindən Türkmənistanın Türkmənbaşı limanına ilk yük qatarı yola salınıb.
AZƏRTAC Türkmənistan Nazirlər Kabineti yanında Nəqliyyat və Rabitə Agentliyinə istinadla xəbər verir ki, geyim, aksesuarlar, metal hissələr və digər malların olduğu 100 standart konteynerlə yüklənmiş qatar Türkmənbaşı limanına gələcək.
Qatar Çin-Qazaxıstan sərhədini Xorqos keçid məntəqəsindən, daha sonra Almatı, Daşkənd və Aşqabad kimi iri şəhərlərdən keçəcək.
Konteynerlər daha sonra su yolu ilə Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatdırılacaq.
Gözlənilir ki, yeni nəqliyyat marşrutu Aktau limanından Bakıya qədər logistika xəttində yükü azaldacaq və Çin mallarının Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa bazarlarına tədarükünü sürətləndirəcək.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 İyun 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















