Icma.az
close
up
RU
Azərbaycana dollar axını İlginc səbəb

Azərbaycana dollar axını İlginc səbəb

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


2025-ci ildə Azərbaycandan Amerika Birləşmiş Ştatlarına (ABŞ) kapital xarakterli əməliyyatlar nəzərə alınmadan fiziki şəxslərin pul köçürmələri 76 milyon 397 min ABŞ dolları təşkil edib. Musavat.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 26,4% azdır. Hesabat dövründə Azərbaycandan ABŞ-ə daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 11,5%-dən 15,1%-ə qalxıb.

Bakupost.az Publika.az-a istinadən bildirir ki, il ərzində ABŞ-dən Azərbaycana isə fiziki şəxslər 100 milyon 718 min ABŞ dolları pul köçürmələri həyata keçirib. Bu, 1 il əvvələ nisbətən 55 % çoxdur. Hesabat dövründə ABŞ-dən Azərbaycana daxil olan pul baratlarının ümumi pul köçürmələrində payı isə 6%-dən 8,6%-ə qalxıb. Azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələri əsasən Rusiya, Türkiyədə yaşayan soydaşlarımız tərəfindən həyata keçirilir.

İqtisadçı-ekspert Xalid Kərimli Musavat.com-a qeyd edib ki, Rusiyadan pul köçürmələrində əhəmiyyətli dərəcədə azalma var. Bununla yanaşı, onun dediyinə görə, ABŞ-dən gələn pul baratları ilə müqayisədə Rusiyadan yenə də 3-4 dəfə çox pul gəlir.

“ABŞ-dən pul köçürmələrində artımın olması o demək deyil ki, orada yaşayan azərbaycanlıların sayı iki dəfə artıb. ABŞ-də yaşayan azərbaycanlılar kiçik biznes, elm və təhsil, maliyyə, IT sahəsində çalışır və ailələrinə pul göndərirlər. Rusiyadan pul köçürmələrin azalmasının səbəbi isə müharibə, sanksiya, ölkədə vəziyyətin pisləşməsidir. Orada yaşayanların bir hissəsinin vəziyyəti o qədər də yaxşı deyil, həm də ödəniş sistemləri ilə bağlı problem var. Sanksiyalar əvvəlki qədər rahat pul göndərməyə imkan vermir”, - deyə X.Kərimli açıqlayıb.

İqtisadçı vurğulayıb ki, ABŞ-də isə iqtisadi vəziyyət Rusiyadan yaxşıdır:

“Orada azərbaycanlıların sayı tədricən çoxalır və ailələrinə pul göndərə bilirlər. Fərq ondadır ki, Rusiyada soydaşımız çoxdur. Bir sıra amillər isə iqtisadi vəziyyətdən asılıdır. Rusiyada vəziyyət yaxşılaşdıqca pul köçürmələri də çoxalacaq. Başqa ölkədən pul köçürmələri yaxşıdır, ancaq ən yaxşısı elə ölkənin özündə pul qazanmaq imkanının olmasıdır”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Aprel 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see290

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see270

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see250

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see250

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see242

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see240

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see226

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see220

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see210

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see206

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see203

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see198

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see197

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see193

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see192

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see186

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see183

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see182

Forma problemi “Xankəndi”yə baha başa gəldi

13 Oktyabr 2026 11:50see169

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri