Azərbaycana ən çox investisiya yatıran ölkələr SİYAHI
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya yatırılıb.
Bu barədə Bizim.Media Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər verir.
Bildirilib ki, dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin 95.9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub:
“2024-cü ilin 9 ayı ərzində ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axınları davam etmişdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala 2.1 mlrd. manat investisiya qoyulub. Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiya ümumi investisiyanın dəyərinin 16.8%-ni təşkil etmişdir.
İnvestisiya cəlb edilmiş ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşları, həm də qlobal arenada müxtəlif regionlardan olan sərmayədarların marağının yüksək olduğunu göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiyasının dərinləşdiyini göstərir”, - məlumatda qeyd olunub.
Bizim.Media
Baxış sayı:98
Bu xəbər 03 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















