Azərbaycana gələn qazax turistlərin sayı 25 faiz artıb
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Bu ilin iyul ayında Qazaxıstandan Azərbaycana ümumilikdə 11 min 798 nəfər turist gəlib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin iyul ayı ilə müqayisədə Azərbaycana səfər edən qazaxıstanlı turistlərin sayı 24,7% və ya 2 min 335 nəfər artıb.
Qeyd edək ki, Qazaxıstandan gələn turistlərin 56,4%-i və ya 6 min 654 nəfər qadın, 43,6%-i və ya 5 min 144 nəfəri kişi olub. Ötən ilin iyul ayı ilə müqayisədə bu ilin iyul ayında Qazaxıstandan gələn kişilərin sayı 21% və ya 895 nəfər, 27,6% və ya 1 440 nəfər artıb.
Xatırladaq ki, son zamanlar sosial şəbəkələrdə Qazaxıstan vətəndaşları olan gənc qadınların başlatdığı “#BakuIsCalling” həştəqi müzakirələrə səbəb olub. Qazaxıstanlı gənc xanımlar arasında Bakıya səyahət etməyin yeni dəbə çevrildiyi iddia olunub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, qazaxıstanlı gənc xanımların başlatdığı “Baku is Calling” (“Bakı çağırır”) trendi nəticəsində Bakıya səfər edən qazaxıstanlı gənc xanımların sayı artıb.
Elnur Əli
Baxış sayı:80
Bu xəbər 28 Avqust 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















