Ukrayna Rusiyanın enerji obyektlərinə hücumlarda rekord qırıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna tammiqyaslı müharibənin başlanğıcından bəri dekabr ayında Rusiyanın enerji infrastrukturuna rekord sayda hücum təşkil edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bloomberg"in hər iki tərəfin açıqlamalarına əsaslanan hesablamalarında qeyd edilib.
Bildirilib ki, ay ərzində Rusiyanın neft və qaz obyektlərinə ən azı 24 hücum olub. Bu, noyabr ayında qeydə alınan 23 hücum rekordunu üstələyərək ən yüksək aylıq göstəricidir. Bu ay baş verən hücumların hədəfləri 10 neft emalı zavodu, 11 dəniz infrastruktur obyekti, iki tanker və əsas boru kəməri sistemini əhatə edib.
Agentlik qeyd edir ki, bu cür hücumlar beynəlxalq sanksiyalar səbəbindən onsuz da çətinlik çəkən Rusiyanın enerji ixracına təzyiqi artırır. Rusiya xarici bazarlara əhəmiyyətli miqdarda neft tədarük etməyə davam edir, lakin müharibənin əsas mənbəyi olan neft və qaz gəlirlərinin axını azalır.
"Bloomberg" yazır ki, hökumətin hesablamalarına görə, bu il neft və qaz gəlirlərinin büdcədəki payı 23%-ə düşə bilər ki, bu da bütün müşahidələr tarixində ən aşağı göstərici olacaq.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 31 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















