Ukraynanın hücumları Rusiyanın enerji sektorunda rekord itkilərə səbəb olub
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dekabr Ukraynanın tammiqyaslı müharibənin başlanmasından bəri Rusiyanın enerji infrastrukturuna ən çox zərbə endirdiyi ay kimi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg”in hər iki tərəfin rəsmi açıqlamalarına əsaslanan hesablamalarına görə, ay ərzində Rusiyanın neft və qaz obyektlərinə azı 24 hücum həyata keçirilib. Bununla da, noyabrda qeydə alınan əvvəlki rekord – 23 hücum arxada qalıb.
Dekabrda endirilən zərbələr əsasən aşağıdakı obyektlərə yönəlib:
- 10 neft emalı zavodu
- 11 dəniz infrastruktur obyekti
- 2 tanker
- 1 əsas boru kəməri sistemi
Xüsusilə Kiyev dəniz logistikası və neft tədarük xətlərinə diqqət yetirib. Xəzər dənizində “Lukoil” şirkətinin obyektlərinə, həmçinin Taman və Rostov limanlarına dəfələrlə hücumlar nəticəsində bir neçə tanker yanıb. İlk dəfə olaraq Ukrayna neft emalı zavoduna "Storm Shadow" havadan buraxılan qanadlı raketlər vasitəsilə zərbə endirib.
Ukraynanın artan hücumları, beynəlxalq sanksiyalar səbəbindən əlavə çətinliklərlə üzləşən Rusiyanın enerji ixracatına daha böyük təzyiq yaradır. Rusiya enerji tədarükünü davam etdirsə də, neft və qaz gəlirlərinin axını azalıb.
Bu il büdcədə enerji gəlirlərinin payı 23%-ə qədər enəcəyi gözlənilir. Bu, tarixən ən aşağı göstərici hesab olunur.
“Reuters”in sənaye mənbələrinə istinadən verdiyi məlumata görə, ötən il dron hücumları Rusiyada neft emalı həcmini 266 milyon tona qədər azaldıb. Bu da, son 12 ilin minimumu hesab edilir. Yanvar–oktyabr ayları üzrə neft emalı 3% azalaraq gündə 5,2 milyon barel səviyyəsinə düşüb.
“Reuters”in məlumatına əsasən ilkin 6 ay ərzində “Rosneft”in mənfəəti 3 dəfə, “Lukoil”in mənfəəti 2 dəfə azalıb. “Surqutnefteqaz” isə zərərə düşüb.
Bu mövzuda digər xəbərlər:G7 Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları fonunda Kiyevə dəstək vəd edir
01 Noyabr 2025 13:43
Ukrayna dronlarının hücumları Rusiyanın enerji obyektlərində yanğınlara səbəb olub
24 Avqust 2025 12:10
Sibirqa: Ukraynanın zərbələri özünümüdafiədir, Rusiyanın hücumları isə terror aktıdır
06 İyun 2025 15:01
Rusiyanın dron hücumları Ukraynanın neft obyektlərinə ciddi ziyan vurub
24 Dekabr 2025 14:21
Ukraynanın dron hücumları: Rusiyanın strateji neft zavodu və enerji obyektləri alov içində
05 Noyabr 2025 15:30
Baxış sayı:40
Bu xəbər 31 Dekabr 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















