Yeni il yolkalarında beşguşəli ulduz qadağası FOTO
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Yeni ilin gəlişi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla ölkənin bütün şəhər və rayonlarında, rayon mərkəzlərində və milli parklarda Yeni İl yolkaları qurulub.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, əvvəlki illərdən fərqli olaraq 2025-ci ildə Yeni İl yolkalarında beşguşəli ulduzun yerləşdirilməsi qadağan edilib.
Məlumata görə, bununla bağlı müvafiq təlimat Prezident Administrasiyası tərəfindən bütün şəhər və rayon icra hakimiyyəti başçılarına göndərilib.
Paytaxtda apardığımız müşahidələr də bu tələbin icra olunduğunu göstərir. Belə ki, ənənəvi beşguşəli ulduzun əvəzinə bu il yolkaların üzərində səkkizguşəli ulduzlardan istifadə edilib.
Qeyd edək ki, Qırmızı ulduz Qızıl Ordunun bayrağıdır və Sovet İttifaqının bayrağındakı oraq və çəkicin üstündə təsvir edilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 31 Dekabr 2025 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















