Icma.az
close
up
RU
Azərbaycana Müttəfiqlik bəyannaməsini xatırladan Rusiya, özü o bəyannaməyə uyğun addım atmalıdır

Azərbaycana Müttəfiqlik bəyannaməsini xatırladan Rusiya, özü o bəyannaməyə uyğun addım atmalıdır

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın son günlərində Azərbaycanın AZAL-a məxsus təyyarəsi vurularaq qəzaya uğradı. Aparılan araşdırmalar zamanı da məlum oldu ki, təyyarə Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vladimir Putin əvvəlcə məsələyə soyuqqanlı və laqeydliklə yanaşsa da, sonradan ölkə başçımızla söhbət zamanı üzrxahlıq etdi. Etdi, amma Rusiya tərəfi üzərinə düşən öhdəlikləri həyata keçirmədi. Bu da iki ölkə arasında gərginliyin yaranmasının təməlini qoydu.

Açığı bir xalq kimi Rusiyadan heç bir zaman fayda görməmişik, belə davam etdikcə görməyəcəyik də... Sonra Rusiya Azərbaycan səfirini XİN-ə çağırıb, öz iradlarını bildirdi, narazılıqlarını dilə gətirdi. Sanki biz onların mülki təyyarəsini vuruşuq kimi... 

28 yanvar 2025-ci il tarixində Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və ölkəmizi hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Müttəfiqlik haqqında bəyannamə...

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün hallarda Rusiya Azərbaycan təyyarəsinə qarşı həyata keçirilən hadisəyə görə cavabdehlik daşıyır. Politoloqun fikrincə, əslində indiyə qədər Rusiyanın baş verən hadisəni manipulyasiya etmək cəhdləri və bunu öz mediasında geniş şəkildə tirajlaması Rusiya ilə Azərbaycanın mehriban qonşuluq və səmimi dostluq niyyətlərinə adekvat addım deyil.

Tural İsmayılov

“Rusiya xarici işlər nazirinin müavini Qaluzin Azərbaycan mediasında Rusiya ilə bağlı tənqidlərdən narahatlığını ifadə edir. Amma bunun özü də heç normal etiket qaydasına uyğun deyil. Çünki nəzərə almaq lazımdır ki, təyyarə qəzası ilə bağlı manipulyativ cəhdlər və eyni zamanda Azərbaycan əleyhinə yazılar Rusiya mediasında, mətbuatında yayımlanır”-deyən Tural İsmayılov qeyd edib ki, Rusiyanın bu məsələ ilə bağlı Azərbaycanla normal bir şəkildə davranıb, vaxtında üzr istəyib və kompensasiya ödəmək əvəzinə məsələni bu qədər uzatması iki ölkə arasındakı münasibətlərdə çox açıq-aydın bir soyuqluq yaradır.

Tural İsmayılov vurğulayıb ki, Zelenskinin dediyi hansısa format bizim üçün əsas ola bilməz, çünki Zelenskinin rəhbərliyi altındakı Ukrayna bu gün Rusiya işğalına qarşı mübarizə aparsa da, faktik olaraq Zelenskinin özünün baxışları tamam ayrıdır.

Politoloq hesab edir ki, hər bir halda Rusiya Azərbaycanla münasibətdə yaranan soyuqluğu aradan qaldırmaq üçün üzərinə düşəni etməlidir və buna borcludur.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri