Icma.az
close
up
RU
Azərbaycana qarşı hazırlanan böyük oyun Üçüncü ölkədən gələn “gizli safariş”in məqsədi…

Azərbaycana qarşı hazırlanan böyük oyun Üçüncü ölkədən gələn “gizli safariş”in məqsədi…

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Vaxtaşırı xarici mediada Azərbaycan hədəfə çıxarılır. Bunlardan biri də Hindistan mediasıdır. Belə ki, bir müddət öncə, bu ölkə KİV-də guya “Azərbaycanın da Dehlidən silah almaq istədiyi” haqda informasiya yaymışdı. İndi isə Azərbaycan guya Hindistanın ATAGS artilleriya sistemlərinin alınmasında xüsusilə maraqlı olduğunu iddia edirlər. Yeni Dehli Bakıya Hindistan silahlarını satmaq barədə düşünməzdən əvvəl “Azərbaycan ilk növbədə Pakistandan uzaqlaşmalı və Hindistanın Kəşmirlə bağlı mövqeyinə qoşulmalıdır”-deyə qeyd olunub.

Məlum olduğu kimi Hindistan daha çox Ermənistana silah satışı ilə məşğuldur. Sözügedən silahlar isə rəsmi İrəvanın çox da işinə yaramamışdı.

Azərbaycanın aşağı keyfiyyətdə olan bu silahlar üçün Yeni Dehliyə müraciət etməsi realdırmı?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, dünyada baş verən proseslərə, ölkələrin silahlanmasına baxanda açıq şəkildə görünür ki, silah sənayesi sahəsində olan şirkətlər mətbuat üzərindən çox yaxşı manipulyasiyalar edirlər:

“Daha əvvəl də demişdim, qəfildən elə informasiyalar eşidib, oxuyacağıq ki, özümüz də təəccüblənəcəyik. Bu informasiyaları məhz silah şirkətləri ortaya çıxardır. Çünki bunda daha çox maraqlıdırlar. Hindistanın silah şirkətləri konkret olaraq Ermənistana silah satır deyə, guya rəqabət yaratmaq üçün Azərbaycana da silah satmaq niyyətindədirlər. Yaxud da nəbz yoxlamağa çalışırlar”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan Pakistanla mövcud münasibətləri fonunda “JF-17” qırıcıları alıb:

Səxavət Məmməd

“Azərbaycanın Pakistanla siyasi münasibətləri də ortadadır. Hətta rəsmi Bakının Hindistandan hansısa silahı almağa ehtiyacı olsa belə Azərbaycan Pakistana görə bu addıma getməz. Sadəcə silah şirkətləri bu formada xəbərlər çıxardaraq, dünya bazarında yaxşı silah alıcılarından biri sayılan Azərbaycanı yoxlayırlar ki, bizdən silah almaq istəyərlər, ya yox. Çıxan xəbərlərdə diqqətçəkən ən önəmli nüans isə “Azərbaycan Hindistandan üçüncü əl vasitəsilə silah almaq istəyir” ifadəsidir. Bu əslində rəsmi Bakıya ünvanlanan mesajdır ki, əgər istəsəniz üçüncü bir ölkənin vasitəsilə Hindistan Azərbaycana silah sata bilər. Təbii ki, Azərbaycan bu silahların alışında maraqlı deyil. Burada məsələ yalnız həmin silahların keyfiyyətsizliyi deyil, Pakistanla münasibətlər xüsusi rol oynayır”.

Səxavət Məmməd qeyd edib ki, Ermənistanın aldığı silahın eynisi Azərbaycana lazım deyil:

“Kim qarantiya verə bilər ki, istehsalçı tərəf həmin silahlarda müəyyən problemlər yaratmayacaq? Digər bir ehtimal isə Azərbaycanın adını çəkməklə, əslində həmin silahları tamam fərqli ölkələrə satmaq istəyidir. Fransa Ermənistana SEZAR haubitsiyaları satanda Avropa mediasında konkret olaraq Azərbaycanın hansı ölkədən hansı silahları ala biləcəyini yazmağa başlamışdılar. Həmin siyahıda birinci yerdə isə DTA haubitsiaları qoyulmuşdu. Düşünülürdü ki, rəsmi Bakı Çexiyadan bu silahları ala bilər. Çünki SEZAR-a qarşılıq həmin haubitsialar güclü rola malikdir. Qısa müddət sonra məlum oldu ki, Azərbaycan məhz həmin DTA-ları sifariş verdi”.
“Dünyada baş verən münaqişələr fonunda silah istehsalı artıb. Silah bazarında çoxlu sayda şirkətlər, məhsullar var. Bu silahları satmaq üçün mətbuat üzərindən yaxşı işlər görülür. Azərbaycan da bu prosesin fərqindədir” – hərbi ekspert vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri