Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Azərbaycana qarşı olan bu ifadə nə deməkdir? Lavrov planı və...

Azərbaycana qarşı olan bu ifadə nə deməkdir? Lavrov planı və...

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin Rusiya–Ukrayna müharibəsini Qarabağ münaqişəsi ilə müqayisə etməsi Azərbaycanda kəskin etirazla qarşılanıb.

Sfera.az bildirir ki, Medinski müsahibəsində “Rusiya ilə Ukrayna arasında baş verən müharibə dondurularsa və real sülh əldə olunmasa, bu vəziyyət “nəhəng bir Qarabağ” kimi illərlə davam edə bilər”,- deyə bildirib. 

Onun sözlərinə görə, Ukrayna gələcəkdə NATO ilə birgə bu əraziləri geri almağa çalışarsa, bu, nüvə müharibəsinə qədər gedə bilər.

Azərbaycan Xarici İşlər Nazirliyi bu açıqlamaya dərhal cavab verərək bəyan edib ki, Medinskinin söylədikləri tarixi faktların təhrifidir və bu cür yanaşmalar yolverilməzdir.

Rusiya bu cür davranmaqla nəyə nail olmaq istəyir?

Mövcud sualla bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin Ukraynadakı vəziyyəti Qarabağla müqayisə etməsinin olduqca yanlış və qeyri-obyektiv yanaşma olduğunu deyib.

Onun sözlərinə görə, ilk növbədə, həm Qarabağ, həm də Rusiyanın hazırda işğal etdiyi Ukrayna əraziləri beynəlxalq hüquq və tarixi baxımdan müvafiq ölkələrin ayrılmaz tərkib hissəsidir:

“Rusiya bu gün faktiki olaraq 1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasətinin bənzərini davam etdirir. Medinskinin belə bir paralel aparmaqda məqsədi, əslində, keçmişdə Rusiya tərəfindən Ermənistana verilən dəstəyin üzərini ört-basdır etmək cəhdidir”.


Politoloq o dövrdə Rusiyanın Azərbaycan ərazilərinin Ermənistanın nəzarətində qalması üçün müxtəlif siyasi planlar qurduğunu qeyd edib.


O bildirib ki, bu məqsədlə “Kazan prinsipləri”, “Lavrov planı” kimi təşəbbüslər irəli sürülmüşdü: 


“Həmin sənədlərdə əsas ideya işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması müqabilində, Dağlıq Qarabağla birlikdə Laçın və Kəlbəcərin Ermənistanın nəzarətində saxlanılması və həmin ərazilərə Azərbaycan ordusunun daxil olmasının qadağan olunması idi. Yəni bu planlar Azərbaycan ərazi bütövlüyünü bərpa etmədən münaqişəni dondurmağa yönəlmişdi. Azərbaycan o zaman bu təklifləri qəbul etmədi. Ermənistan isə maksimum tələblərlə çıxış edərək işğal etdiyi torpaqları daimi nəzarətində saxlamağa və beynəlxalq miqyasda leqallaşdırmağa çalışırdı”.

O. Qasımov bu gün Rusiyanın eyni ssenarini Ukraynada tətbiq etməyə cəhd etdiyini diqtə edib:

“Lakin zaman göstərdi ki, Azərbaycan bu işğalla heç zaman barışmadı, milli gücünü toparlayaraq ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa etdi. Bu, digər işğala məruz qalan ölkələr, xüsusilə də Ukrayna üçün mühüm nümunədir. Rusiya isə məhz bu presedentdən ehtiyatlanır. Çünki Azərbaycan-Ermənistan münaqişəsində baş verənlərə bənzər şəkildə Ukrayna da zamanla güc toplayaraq öz torpaqlarını geri qaytara bilər”.


Müsahibimiz həmçinin vurğulayıb ki, digər tərəfdən, Medinskinin bu iki vəziyyəti eyniləşdirməsi Rusiyanın hələ də Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımaqda səmimi olmadığını göstərir:

“Biz bunun bir neçə dəfə şahidi olmuşuq. Rusiya rəhbərliyi, o cümlədən prezident Putin dəfələrlə Nikol Paşinyanın 2022-ci ildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasına təəccüb etdiklərini açıq şəkildə bəyan etmişlər. Bu da olduqca diqqətçəkən bir məqamdır”.

Fidan Hacızadə
Sfera.az

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri