Icma.az
close
up
RU
Azərbaycana qarşı plan üzə çıxır: “Sülhə mane olmaq üçün...”

Azərbaycana qarşı plan üzə çıxır: “Sülhə mane olmaq üçün...”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa Şurası Azərbaycanda milli azlıqların hüquqları ilə bağlı vəziyyəti qiymətləndirən və münaqişədən sonra ilk dəfə olaraq “Dağlıq Qarabağ”a diqqət yetirən yeni hesabat yayıb. 

Ermənipərəst Qərb siyasi dairələrinin maraqlarına uyğun şəkildə hazırlanmış sənəd Azərbaycana qarşı böhtanlardan və saxta ittihamlardan ibarətdir. Bu hesabatın nə qədər qeyri-ciddi olduğunu isbat etmək üçün Avropa Şurasının “qiymətləndirməsi”nə nəzər salmaq lazımdır. 

Sənəddə qeyd edilir ki, Azərbaycan multikulturalizmə sadiq olduğunu iddia etsə də, söz, sərbəst toplaşmaq və birləşmək azadlıqlarının məhdudlaşdırılması milli azlıqların hüquqlarının həyata keçirilməsinə mane olur. Avropa Şurasının bu iddiası Qərbin növbəti dəfə söz, sərbəst toplaşmaq azadlığı, demokratiya kimi şüarlardan istifadə edərək erməni separatçılarını himayə etmək niyyətindən xəbər verir. 

Avropa İttifaqının bu yaxınlarda qəbul etdiyi eyni məzmunlu qətnamənin Avropa Şurasında qəbulu Qərbin məqsədinin demokratiya adı altında Cənubi Qafqazda yeni münaqişə ocaqları yaratmaq, xalqlar arasında sülhə mane olmaq istəyindən xəbər verir. 

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Qərb Azərbaycana qarşı təzyiqləri davam etdirəcək:

“Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, o cümlədən  “Freedom House”, “Human Rights Watch” kimi “müstəqil” beynəlxalq qeyri-hökumət təşkilatları  Azərbaycana qarşı hər zaman qərəzli mövqe nümayiş etdiriblər. Azərbaycanın antiterror əməliyyatlarından sonra bəlli idi ki, Qarabağ ermənilərinin bölgədən getməsini planlayan Qərbdəki qüvvələrdir. Bu ehtimallar özünü doğrultmağa başlayır. 

Qərbdəki müəyyən dairələr məhz Qarabağ erməniləri üzərindən Azərbaycana qarşı təzyiq kampaniyasını gücləndirməyə çalışırlar.

Avropa təsisatlarının bu cür bəyanatlarına bundan sonra da şahidi olacağıq. AŞPA və Avropa Parlamentinin Bakıda keçirilən BMT-nin COP29 tədbiri zamanı bu cür addımlar atması onların Azərbaycana qarşı beynəlxalq təzyiqi gücləndirmək niyyətlərindən xəbər verir”. 

Həmsöhbətimiz bildirib ki, buna baxmayaraq, Azərbaycan öz siyasətini davam etdirəcək: 

“Ölkəmizdə milli azlıqlarla bağlı problem yoxdur. Azərbaycanda milli azlıqlara tolerant münasibət sərgilənir, multikulturalizm xalqımızın mədəniyyət nümunəsinə çevrilib. Bu məsələdə Azərbaycana ittiham etmək mümkün deyil”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri