Icma.az
close
up
RU
Azərbaycana qayıtdı, debüt matçında qırmızı vərəqə ilə cəzalandırıldı: Mən hakimi təhqir etməmişəm, məni səhv başa düşüb

Azərbaycana qayıtdı, debüt matçında qırmızı vərəqə ilə cəzalandırıldı: Mən hakimi təhqir etməmişəm, məni səhv başa düşüb

Sportal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov "Hypers Quba"nın heyətində debüt edib. Amma onun bölgə klubundakı ilk görüşü uğurlu alınmayıb. O, "Şəmkir"ə qarşı(1:2) keçirilmiş matçda qırmızı vərəqə ilə cəzalandırılıb. Sportal.az saytına verilən Qurbanov baş hakim Emin Əliyevin onu meydandan qovmasına aydınlıq gətirib:

"Komanda yoldaşıma qarşı cərimə meydançasında qayda pozuntusu edilmişdi. Mən də baş hakimə dedim ki, penalti idi, görmürsən? O isə elə başa düşdü ki, mən ona korsan deyirəm. Səhv başa düşdü. Mənə birbaşa qırmızı vərəqə göstərdi. Şokdayam. Oruc tutmuşdum, Allaha and olsun mən baş hakimi söyməmişəm, pis söz deməmişəm. Ümumiyyətlə, mən heç vaxt hakimləri söymürəm. Çünki bilirəm ki, minimum 4 oyunluq cəzalandırırlar. Baş hakim deyir mənə kor dediyin üçün qırmızı vərəqə göstərdim. Düşündüyünə görə, onu söymüşəm. Baş hakim məni meydandan qovmalı deyildi. Azarkeşləri məyus etdim, mənim üçün üzücüdür. Üstəlik, məni ən azı 4 oyun cəzalandıracaqlar. Mən isə hakimi söyməmişəm, təhqir etməmişəm. Premyer Liqada oynadığım vaxtlarda da belə etməmişəm. 

Azərbaycanda hamı məni tanıyır. Emosional olsam da, bu artıq gənclikdə qalıb. Artıq böyümüşəm, 33 yaşım var. Heç kimi söymürəm, təhqir etmirəm. Əksinə, dəstək verirəm. Baş hakimin məni nəyə görə meydandan qovduğunu anlamadım. Allaha and olsun baş hakimə pis söz deməmişəm. Sadəcə sual verdim ki, penalti idi, görmürsən? Ancaq hakim düşündü ki, onu təhqir etmişəm. PFL-ə gedərdim, amma inanacaqlar mənə? Çox üzücüdür. İlk oyun və dərhal qırmızı vərəqə. Azərbaycana yeni qayıtmışam və burada bu cür start vermək istəmirdim. Təəssüf. Çox üzgünəm. Rəhbərlik və azarkeşlərimizdən üzr istəyirəm. Amma xahiş edirəm mənə inansınlar ki, hakimi söyməmişəm, pis söz deməmişəm. Ümid edirəm ki, PFL bunu nəzərə alacaq. Xahiş edirəm ki, mənə 4 yox, heç olmasa 1 oyun cəza verərlər. Axı hakim məni səhv başa düşüb".

O, II Liqanın səviyyəsi barədə isə bunları deyib: "İkinci liqanın səviyyəsi pis deyil. Böyük mübarizə gedir və güc futboluna üstünlük verirlər. İstənilən liqada oynamaq çətindir. Ona görə hər oyuna maksimum hazırlaşmaq lazımdır. Birinci liqada oynaya biləcək komandalar var".

Mirbağırağa

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Mart 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri