Icma.az
close
up
RU
Azərbaycana ŞOK TƏHLÜKƏ! Rusiya buna getsə...

Azərbaycana ŞOK TƏHLÜKƏ! Rusiya buna getsə...

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvanın “yumşaq qarın altısı” sayılan Cənubi Qafqaza qayıdış riski var; Bakının post-Ukrayna dönəmi üçün “B” planı varmı?

Ukrayna müharibəsinin bitməsi ilə dünya və regional geosiyasi arxitekturaya mühüm dəyişikliklər ediləcəyi yönündə ehtimallar xeyli güclənib. Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz isə Rusiyanın “yumşaq qarın altısı” sayılır. O səbəbə gözlənilir ki, Moskvanın bölgəmizə diqqəti yenidən artacaq.

Rusiya isə məlum olduğu kimi, özünün neoimperalist maraqlarını iqtisadi faktorlar deyil, bir qayda olaraq, hərbi mövcudluq amili üzərindən reallaşdırmağa çalışır. Son aylar Bakı-Moskva münasibətlərində bəlli səbəbdən hökm sürən sərinlik nəzərə alınarsa, bu xüsusda neqativ gözləntimiz nə ola bilər? Artıq Kremlin əlində ölkəmiz əleyhinə uzun illər mühüm təzyiq rıçaqı qismində istifadə etdiyi “Qarabağ kartı” yoxdur. Lakin belə fikirlər səslənir ki, Rusiya, Azərbaycana düşmən olan Fransa və digər bu kimi dövlətlərin yanında yer alaraq, BMT Təhlükəsizlik Şurasında (TŞ) ölkəmiz əleyhinə qətnamə təşəbbüsü ilə çıxış edə, habelə Azərbaycanda separatizmi alovlandırmağa cəhdlər göstərə bilər. Yaxud digər addımlar da ata bilər.

Öz növbəsində ukraynalı publisist və jurnalist Vitali Portnikov hesab edir ki, Rusiya Ukrayna ilə əslində heç bir uzunmüddətli nizamlanma haqqında düşünmür, çünki Putinin hədəfi - keçmiş SSRİ sərhədləri daxilində dövləti bərpa etməkdir. Onun qənaətincə, Rusiyanı yalnız iqtisadi və hərbi resursların çatışmazlığı bu yoldan çəkindirə bilər. Belə pessimist proqnozlar üçün əsaslar ciddidirmi? Azərbaycan Rusiya ilə bağlı xoşagəlməz “fors-major” situasiyalardan yayınmaq üçün indidən hansı ön tədbirləri olmalıdır. Bəs Bakının post-Ukrayna dönəmi üçün “B”, “C” planları varmı? Analitiklərə görə, həyəcanlanmağa dəyməz, Şuşa Bəyannaməsi bizə kifayət edəcək. O halda ABŞ və Avropa Birliyinin Qafqaza yönəlik siyasəti xeyrimizə olacaqmı? Şər deməsən xeyir gəlməz, tutaq ki, Ukrayna böhranından sonra münasibətləri normallaşan ABŞ, Fransa və Rusiya nə vaxtsa BMT TŞ-də erməni məsələsini (qayıdış, təhlükəsizlik məsələsi və s.) qoya bilərmi? O halda, TŞ-nin digər 2 daimi üzvü olan və bizə loyal münasibəti olan Böyük Britaniya və Çinin mövqeyi necə olar, Azərbaycanın xeyrinə onlar veto hüququndan istifadə edərmi?

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, 30 il üç həmsədr ölkə keçmiş Qarabağ münaqişəsini “müzakirə” edib. Partiya sədri hesab edir ki, hər dəfə ABŞ və Rusiyanın müxtəlif mövzularda maraqları toqquşurdu, Qarabağa gələndə üst-üstə düşürdü: “Ona görə də indi sual doğurur ki, ermənilərin qaytarılması Rusiyanın və Birləşmiş Ştatların istəklərinə uyğundurmu? Məncə, bəli. Onlar istəyirlər ki, Qarabağda ermənilər olsun və bundan zaman-zaman lazım gələndə Azərbaycan əleyhinə istifadə etsinlər. Sadəcə, bunu necə həyata keçirəcəklər? Əgər Azərbaycana təzyiq göstərmək nəzərdə tutulursa, bu mümkün olmayacaq. Azərbaycan hakimiyyəti bu məsələdə təzyiqlər qarşısında geri çəkilməyəcək”.

A.Nağının fikrincə, əgər hüquqi müstəvidə məsələ qaldırılacaqsa, yenə də Azərbaycanın əlinin güclü olduğunu qeyd etmək lazımdır: “Onların buradan qovulması faktı yoxdur, deportasiya edilməyiblər, etnik təmizləmə aparılmayıb. Əksinə, Azərbaycanın beynəlxlaq məhkəmələrdə qaldıracaq sübutları, ərazilərimizdə törədilən cinayətlərə dair materialları var. Digər tərəfdən, ermənilərin Qarabağa qayıdışına cavab olaraq bizim də tələbimiz var - qərbi azərbaycanlılar öz yurd-yuvasına qaytarılmalıdır. Ona görə də istənilən müstəvidə bizim əsaslarımız var. Həmçinin bəlkə də 15-20 min erməni qayıtmaq istəyə bilər, amma Paşinyan hakimiyyəti bunun əleyhinədir. Onlar yenidən vəziyyətin gərginləşməsini istəmirlər”.

A.Nağının sözlərinə görə, spiker Simonyanın çıxışı Ermənistanın gündəminə bomba kimi düşdü: “Parlament sədri dedi ki, "mən də Qarabağdanam, biz sizin üçün döyüşdük, amma siz çıxıb gəldiniz". Bu bəyanat əslində Ermənistanın etirafı idi ki, Qarabağdakı ermənilərə görə torpaqları işğal altında saxlayıblar. Halbuki bunu inkar edirdilər, deyirdilər ki, oradakı “artsax” qüvvələri döyüşürlər. Yəni İrəvanda iqtidar da, müxalifət də, xalq da anlayır ki, geri qayıtmaq mümkün deyil. Xarici dövlətlərin bu məsələdə marağı olsa belə, alınmayacaq. Çünki Azərbaycan Türkiyə ilə birgə addımlayır".

Qabil Hüseynli

Professor Qabil Hüseynli isə Rusiyanın SSRİ-2 modeli planları fiaskoya uğrayıb. Politoloq Ukrayna cəbhəsində rusların “dişlərinin qırıldığını” deyərək, strateji məğlubiyyətlə üzləşdiyini düşünür. Onun sözlərinə görə, Putinin 3 günə Kiyevi tutub Ukraynanı ittifaq dövlətinə daxil etmək planı puç olduğuna görə, onun postsovet məkanında əvvəlki qədər ağalıq etməsi mümkün olmayacaq. “Əvvəla, Rusiya regionda təkbaşına hegemonluq edə bilmir. Artıq bölgəyə Türkiyə, Çin, Pakistan, ən əsası isə Avropa Birliyi və Birləşmiş Ştatlar daxil olub. Moskva daha dominant deyil. Onun Cənubi Qafqazdan Yaxın Şərqə qədər mövqeləri zəifləyib. Ona görə Rusiya bölgəyə hərbi deyil, iqtisadi doktrina ilə qayıtmaq strategiyası tutur. Zəngəzur koridoru, Şimal-Cənub dəhlizi kimi layihələr Rusiya üçün nəfəslikdir. Çünki elə bir asılılıq yaranıb, artıq hərbə-zorba gəlməklə hakimi-mütləq olmaq nonsensdir”,- Q.Hüseynli belə qiymətləndirir.

Onun zənnincə, Ukraynada müharibədən başı açılan Kremlin ətrafına az-çox təhdidlər yağdıracağı istisna deyil, sadəcə, əvvəlki təsir gücü qalmayıb: “Azərbaycanın Türkiyə ilə Şuşa Bəyannaməsi, Çinlə strateji tərəfdaşlıq sənədi var, Ermənistan AB və ABŞ-ı regiona cəlb edib, Gürcüstanı tam ram edə bilməyib... Yəni ki, 2022-ci ildən sonra Rusiya başqadır. İndi taqətdən düşmüş, özü haqda mifi dağılmış ölkə var. Əlbəttə ki, reabilitasiya etməyə çalışacaq. Amma Ukraynada atəşkəs olsa belə, sanksiyalar ləğv edilməyəcək. Bu da Rusiyanın illərlə ciddi iqtisadi təzyiqlər altında qalacağı, yorulacağı deməkdir. İqtisadi cəhətdən zəifləmə isə Rusiyanı ətrafına təhdidlər yağdırmağa imkan verməyəcək”.

Professor ermənilərin Qarabağa qayıdışını isə gözləmir: “Əvvəla, özləri istəmir. İkincisi, Paşinyan buna qarşıdır. Üçüncüsü, o kitab bağlanıb. 300 min azərbaycanlı da öz evinə qayıtmalıdır. Paşinyan anlayır ki, Qarabağa qayıdışdan kənar güclər istifadə edəcək və yenə münaqişə qızışdırılacaq. Bu da İrəvana lazım deyil. Ən nəhayət, Azərbaycan Prezidenti qətiyyətli siyasətçidir və hansısa xarici təzyiqlər qarşısında geri çəkilən deyil ki, Rusiyanın, ya da keçmiş həmsədrlərin diqtəsi ilə hərəkət etsin”. /musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri