Azərbaycanda 100 dən çox taksofon “YOXA ÇIXIB”
Icma.az bildirir, Modern.az portalına istinadən.
Azərbaycanda ümumi istifadədə olan taksofonların sayı azalıb.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda ölkədə 224 ədəd taksofon var.
Qeyd edək ki, 2020-ci ildə bu qurğuların sayı 362, 2021-ci ildə 338, 2022-ci ildə 340 ədəd olub.
Ötən il ölkədə olan taksofonların sayı 228-ə düşüb. Beləliklə, son 5 ildə ölkədə olan taksofonların sayı 138 ədəd azalıb.
Qeyd edək ki, taksofonlar pul, jeton, telefon və ya kredit kartı ilə istifadə edilən ictimai telefon növləridir. Bir zamanlar Bakıda, eləcə də digər şəhələrdə aktiv istifadə edilib.
Baxış sayı:124
Bu xəbər 05 Sentyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















