Icma.az
close
up
RU
Azərbaycanda 16800 nəfərin yoluxduğu askaridoz xəstəliyi nədir?

Azərbaycanda 16800 nəfərin yoluxduğu askaridoz xəstəliyi nədir?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Statistika Komitəsi 2024-cü ildə askaridioza xəstəliyinə yoluxan xəstələrin sayını açıqlayıb. Statistikada yoluxma sayında artım qeydə alındığı bildirilir. Əgər 2023-cü ildə bu rəqəm 16 min 253 idisə, 2024-cü ildə 16 min 800 nəfər askaridioza yoluxub.

Professor Adil Qeybulla Qaynarinfo-ya bildirib ki, askaridoz insan bədənində parazitlik edən helmintozun bir növüdür:

"Xüsusilə insanların bağırsaqlarında parazitlik edir və bağırsaq divarlarına yapışaraq onun qanını, qida maddələrini daima sorur. Askaridoz olan uşaqlarda qan azlığı, rəngin avazıması olur. Bir də qurdun ifrazatları bağırsaqlara, qana tökülür. Bu da orqanizmdə başqa problemlərə yol açır”.


Professor helmintozların ölkədə geniş yayılan xəstəliklərdən biri olduğunu qeyd edib:

"İnsan bədənində xeyli növ qurdlar parazitlik edir və müxtəlif xəstəliklər törədir. Bəzilər insanın daxili orqanlarında yuva salır, kistalar əmələ gətirir, bəzən də orqanları sıradan çıxarır. Qurd xəstəlikləri vaxtında müalicə olunmalıdır. Onların əlamətləri bunlardır - uşaqların ağzından gesə su gəlirsə, dişlərini bir-birinə sıxırsa, nevrogen əlamətlər olanlar müayinə olunmalıdır".

Adil Qeybulla müalicənin bir neçə mərhələdə aparılmasının vacibliyini vurğulayıb:

"O vaxta kimi artıq nəcisdə qurd yumurtaları müəyyən edilmir. Əks halda uşaqların boyunlarının, əqlinin fiziki inkişafına neqativ təsir edir".


Askaridoz - askarid adlı iri helmintlər tərəfindən törədilən qurd xəstəliyidir Törədici yumru qurdlara (Nematodoses) aiddir və ayrı cinslidir. Dişi askarida 20-40 sm, erkək askarida 15-25 sm-dir. Askaridoz geohelmintoz olub antroponoz hesab olunur. Son sahib və yeganə invaziya ocağı insandır.

Yoluxma qurdun yumurtaları ilə baş verir. Askarid yumurtaları torpaqda uzun illər qala bilir, buna görə də torpaqla çirklənmiş əllər və ya oyuncaqlar birbaşa infeksiya mənbəyi sayılır. Unutmaq olmaz ki, torpaq hissəcikləri evə ayaqqabıların və ev heyvanlarının tükləri üzərində də gələ bilər. Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik ölçüdə olduğundan, çirkli meyvə əllərdən asanlıqla ağıza düşür və udulur. Yumurtalar həmçinin yuyulmamış göyərtidə, meyvə və tərəvəzlərdə də olur. İnsan törədiciyə qida və su vasitəsilə yoluxur. Yoluxma yumurta mərhələsində baş verdiyindən bağırsağa düşmüş yumurtadan sürfələr çıxır. Sürfələr bağırsaq divarından vena damarlarına və Portae vasitəsilə qaraciyərə daxil olurlar. Qaraciyərdə sürfələr qişadan çıxaraq kiçik qan dövranına qoşulurlar. Müəyyən müddətdən sonra ağciyər alveollarına və bronxiollara keçir və ikinci dəfə qişadan çıxırlar. Bu proses yoluxmanın 8-10 cu gününə təsadüf edir. Daha sonra onlar ağız udlaq boşluğuna qalxır, udularaq mədəyə və nəhayət yenidən bağırsağa düşürlər. Son kapsuldan çıxma bağırsaqda baş verir. Helmintin tam miqrasion dövrü beləliklə 14-15 gün davam edir.

Əlamətləri: 

Yoluxmadan 2-3 ay sonra askaridozun əlamətləri meydana çıxmağa başlayır:

* Uşaq tez-tez, xüsusən də gecələr qarında sancılardan şikayətlənir. Ağrılar birdən-birə başladığı kimi, birdən-birə də keçir

* Dərinin rəngi solğunlaşır, bəzən zəif sarılıq əmələ gəlir.

* Uşağın çəkisi yaş normalarından geri qalır

* İştaha pozulur, bəzən hətta qidaya qarşı ikrah hissi yaranır

* Ürəkbulanma, qusma, ağız suyunun axması kimi əlamətlər yaranır

* Bağırsaq pozuntusu özünü ishal və ya qəbizliklə göstərir

* Bəzən nəcisdə qurdlar və ya onların hissəcikləri görünür

* Tez-tez soyuqdəymə, tənəffüs və bağırsaq infeksiyaları baş verir

* Uşağın yuxusu pozulur, gecə dişlərini qıcıyır.

Askaridoza diaqnoz qoymağın yeganə yolu nəcisin qurd yumurtalarına müayinəsidir. Nəcis müayinəyə qədər maksimum 12-18 saat saxlanıla bilər. Müalicə başlayandan 2-7 günərzində yetkin qurdlar bağırsaqlardan tökülməyə başlayır. Müalicə müddəti tamamilə bitdikdən sonra nəcis profilaktika məqsədilə yenidən müayinə olunmalıdır.

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri