Azərbaycanda 32 yaşlı stomatoloqla 13 yaşlı qızla NİŞANLANDI
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəmkirdə 13 yaşlı qızla nişanlanan 1994-cü il təvəllüdlü diş həkimi M.Cəbrayılov (ad-soyad şərtidir - red.) məsuliyyətə cəlb olunub.
Milli.Az xəbər verir ki, onların nişan mərasimi Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən "Qala" restoranında hər iki ailənin iştirakı ilə baş tutub.
Daxil olmuş məlumatla əlaqədar azyaşlının valideyni və M.Cəbrayılov Şəmkir Rayon Polis Şöbəsinə barələrində araşdırma aparılması məqsədilə dəvət edilib. 32 yaşlı diş həkiminin inzibati məsuliyyətə cəlb edilməsinə dair Şəmkir Rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün rayon məhkəməsinə göndərilib.
M.Cəbrayılov məhkəmədə ifadəsində bildirib ki, 13 yaşlı Nüşabə (ad şərtidir - red.) pasiyent kimi onun yanına gələrkən görüb və bəyənib. O, daha sonra qızla danışaraq ona elçi göndərəcəyini bildirib.
Nüşabə isə ifadəsində bildirib ki, anasının onu Müşfiqə verməyəcəyini başa düşüb, valideynini qorxutmaq üçün biləklərini kəsib, verməsə, özünü öldürəcəyini bildirib.
"Anam da qorxuya düşüb, məcbur qalıb elçilərə hə dedi".
Qeyd edək ki, məhkəmə M.Cəbrayılovun əməlini etiraf etməsini, habelə qarşı tərəfin şikayətinin olmaması yüngülləşdirici hal kimi qiymətləndirib. 32 yaşlı diş həkimi 1000 manat cərimələnib. /"Teleqraf"
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 29 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















