Sülh modeli fonunda Vensin Qafqaz səfərinin gündəliyi MÜSAHİBƏ
Icma.az, Moderator.az saytına istinadən bildirir.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Teleqraf-ın suallarını cavablandırıb.
Moderator.az həmin müsahibəni təqdim edir:
- Mübariz müəllim, bu gün qlobal və regional proseslər müstəvisində Azərbaycan dövlətinin ortaya qoyduğu mövqe özündə hansı reallıqları ehtiva edir? Rəsmi Bakının qlobal sülh yaratma prosesinə cəlb edilməsi ilə bağlı atılan addımlar fonunda əsas yanaşmalar nədən ibarətdir?
- Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda yüksək səviyyədə iştirakı və orada keçirilən görüşlər çox böyük əhəmiyyət kəsb edir. Eyni zamanda beynəlxalq media müstəvisində də bu görüşlər barədə məlumatlar, şərhlər verilib. Ölkəmizin başçısı Davos Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibəsində də bölgədəki vəziyyət, Azərbaycanın xarici siyasəti, iqtisadi sahədə olan münasibətləri bir daha bəyan edildi. Eyni zamanda ölkə rəhbəri Davosda dünya miqyaslı şirkətlərin rəhbərləri ilə vacib görüşlər keçirdi. Azərbaycana bu görüşlər nəticəsində müxtəlif layihələrin gətiriləcəyi və həmin şirkətlərin fəaliyyəti ilə əlaqədar məsələlərin həll ediləcəyi də görünməkdədir.
Sözsüz ki, regionda və dünyada baş verən hadisələr baxımından atılan addımlar yüksək səviyyədə xarakterizə edilir. Hazırda dünyada çox ciddi dəyişikliklər baş verir. Bu xüsusda beynəlxalq təşkilatların nüfuzu xeyli dərəcədə azalıb. Dünyada sülhün, əmin-amanlığın təminatçısı rolunda çıxış edən BMT və onun Təhlükəsizlik Şurasının rolu xeyli dərəcədə aşağı düşüb. Bütün bunlar isə ayrı-ayrı bölgələrdə baş verən hadisələrə də müəyyən dərəcədə təsir göstərir.
- Baş verənlərin Cənubi Qafqazdakı proseslərə təsiri necə ola bilər?
- Hazırda Cənubi Qafqazda lider dövlət Azərbaycandır. Bu bölgədə həyata keçirilən bütün proseslərdə Azərbaycan fəal iştirak edir. Eyni zamanda bu gün bölgədə əsas kommunikasiya xətti olan Zəngəzur dəhlizi (Tramp marşrutu) böyük bir nəqliyyat qovşağı kimi önə çıxmaqdadır. Bu böyük nəqliyyat qovşağı olmaqla yanaşı, Şərq-Qərb dəhlizi kimi tarixi əhəmiyyətə malikdir. Hazırda bu tarixi layihənin reallaşması istiqamətində işlər icra edilir.
- Digər nəqliyyat qovşaqlarının reallaşmasında və icrasında ölkəmizin rolu nədən ibarətdir?
- Azərbaycan eyni zamanda Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində də həlledici rol oynayır. Ümumiyyətlə, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi bölgədəki hadisələrə də təsirini göstərməkdədir. Sözsüz ki, bu xususda hazırda Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələr uğurla inkişaf etməkdədir. ABŞ Prezidenti Donald Tramp Administrasiyası ilə münasibətlər müsbət dinamika üzərində qurulub. Ötən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması istiqamətində atılan addımlar da bölgə üçün yeni reallıqlar fomalaşdırıb. Bu Azərbaycanın bölgə üçün sülh gündəliyinin reallaşmasında özünü göstəməkdədir.
- ABŞ-nin vitse-prezidentinin bölgəyə nəzərdə tutulan səfərini bu xüsusda necə şərh etmək olar?
- Bütün hallarda Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi strategiya bölgədə sülhün və ölkəmizin maraqlarının təminatına ciddi töhfələr verməkdədir. ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralda Azərbaycana və bölgəyə səfəri də bu xüsusda vacib amil kimi önə çıxır. Bu səfər çərçivəsində Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı Azərbaycanda ən yüksək səviyyədə görüşlər və danışıqların aparılması proqnozlaşdırılır. Artıq bu dəhlizin açılması istiqamətində ciddi addımlar atılıb. Bütün bunlar isə Azərbaycanın artan və güclənən mövqeyi fonunda baş verir. Prezident İlham Əliyev də çıxışlarında bəyan edib ki, “sülh olmadan inkişaf olmaz”. Ona görə də Azərbaycan dövləti regionda sülh və təhlükəsizliyinin təmin olunması istiqamətində ən böyük zəmanətçidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 29 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















