Icma.az
close
up
RU
Azərbaycanda 4 dəfə ərdə olan qadın körpəsini döydü Qəribə səbəb

Azərbaycanda 4 dəfə ərdə olan qadın körpəsini döydü Qəribə səbəb

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöl rayonunda 25 yaşlı qadın azyaşlı övladına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 16-da rayonun kəndlərindən birində baş verib. 2001-ci il təvəllüdlü Tahirə həmin gün səhər saat 7 radələrində yaşadığı fərdi yaşayış evinin yataq otağında 2023-cü il təvəllüdlü övladını yatıran zaman uşaq yatmadığı üçün əsəbləşib. O, əsəblərinə hakim ola bilməyib, əl zərbələri ilə azyaşlının bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub. Ona qəsdən xəsarətlər yetirib. 
Faktla bağlı Tahirənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən Tahirə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, azyaşlı zərərçəkmiş şəxsin atası onları ataraq gedib və həmin uşağı atasız böyüdüb:
“Mən azyaşlı uşağımı yatırarkən azyaşlı yatmaq istəmədiyi üçün əsəbləşdim, bir dəfə əlim ilə uşağın üzündən vurdum. Uşağı vuran zaman evdə başqa heç kəs olmayıb”. 
İş üzrə azyaşlı zərərçəkmişin qanuni nümayəndəsi ifadəsində göstərib ki, qızı olan təqsirləndirilən şəxs bugünədək dörd dəfə qeyri-rəsmi ailə qurub:
“Tahirənin azyaşlı qızının atası onları tərk edib. Hazırda mən, qızım Tahirə, azyaşlı nəvəm və gəlinim, oğlum ilə bir evdə yaşayırıq. Tahirə hər səhər saat 5-ə işləmiş evdən işə gedir, işdən qayıdanda da yuxusuz qaldığı üçün uşağı saxlaması çətin olur. Bu səbəbdən də azyaşlı uşağı yatmağa qoymadığı üçün uşağı vurub”.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi təqsirləndirilən şəxs ilə barışıb. Bu səbəbdən də təqsirləndirilən şəxsin bağışlanması istənilib. 
Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Aprel 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri