Bu kənddə qadınlar uzunömürlülük rekordu qırır...
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İtaliyanın Sardiniya adasındakı kiçik Bolotana kəndində qadınların uzunömürlülük göstəriciləri alimlərin diqqətini cəlb edib. Burada 70 yaşına çatan qadının 100 yaşa qədər yaşama ehtimalı ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.
Moderator.az xəbər verir ki, “Xataka” nəşri yeni araşdırmaya istinadən məlumat yayıb.
Araşdırmaya görə, Bolotanada 70 yaşlı qadının 100 yaşına çatma ehtimalı 13,83 faizdir. İtaliyada bu göstərici təxminən 3,5, ABŞ-da isə 3,6 faiz təşkil edir.
2021-2025-ci illər arasında kəndin 19 sakini 100 yaşını qeyd edib. Onlardan 14-ü qadın olub.
Sardiniya uzunömürlülük üzrə araşdırmalarla tanınır. Əvvəllər adanın dağlıq bölgəsində kişilərin qeyri-adi uzunömürlülüyü ilə seçilən “mavi zona” müəyyən edilmişdi. Bolotana isə qadınların yüksək ömür göstəriciləri ilə diqqət çəkir.
Alimlər bu fenomenin səbəbləri arasında ənənəvi qidalanma, fiziki aktivlik, genetika və sakit həyat tərzini göstərirlər. Lakin hansı amilin əsas rol oynadığı hələ müəyyən edilməyib.
Tədqiqatçılar nəticələrə ehtiyatla yanaşmağın vacibliyini də vurğulayırlar. Uzunömürlülük zonalarını araşdıran layihələrin müəlliflərinin bu sahədə yeni nümunələr tapmaqda maraqlı ola biləcəyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 02 Noyabr 2026 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















