Tədrisdə yeni yanaşmalar: MDU da akademik heyət üçün təlimlər təşkil edilib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Mingəçevir, 2 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) akademik heyəti üçün keyfiyyət təminatı, innovativ tədris metodları və tələbəyönümlü təhsil yanaşmalarına həsr olunmuş iki modul üzrə təlimlər keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Em və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə reallaşdırılan təlimlərin əsas məqsədi akademik heyətin peşəkar kompetensiyalarının inkişaf etdirilməsi, müasir pedaqoji yanaşmaların və innovativ təlim metodlarının tədris prosesinə inteqrasiyası, tələbələrin fərdi öyrənmə ehtiyaclarını nəzərə alan inklüziv, əlçatan və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasına dəstək göstərmək olub. İştirakçılar qarşısında “Keyfiyyətyönümlü tədris: yeni təlim metodlarının tətbiqi təcrübələri” mövzusunda təlimçi qismində TKTA-nın Akkreditasiya və lisenziya şöbəsinin baş mütəxəssisi Aygün Verdiyeva çıxış edib. Təlim zamanı ali təhsildə keyfiyyət təminatının əsas prinsipləri, müasir tədris metodlarının tətbiqi, təlim nəticələrinin səmərəli şəkildə əldə olunması və akademik fəaliyyətin davamlı təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tədrisin keyfiyyətinin yüksəldilməsində innovativ pedaqoji yanaşmaların, interaktiv metodların və nəticəyönümlü təlim strategiyalarının əhəmiyyəti vurğulanıb. Akademik heyətin peşəkar inkişafının və qabaqcıl təcrübələrin tədris prosesinə inteqrasiyasının universitetdə keyfiyyət mədəniyyətinin möhkəmləndirilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
“Tələbəyönümlü təhsil ənənəsinin formalaşdırılması: öyrətmə, öyrənmə və qiymətləndirm” mövzusunda təşkil olunan təlim isə TKTA-nın böyük məsləhətçisi Günay Məmmədovanın iştirakı ilə keçirilib. Görüşdə tələbəyönümlü təhsilin əsas prinsipləri, fərdi öyrənmə ehtiyaclarının nəzərə alınması, tədris prosesində tələbə fəallığının artırılması və müasir qiymətləndirmə yanaşmaları müzakirə edilib. Tələbələrin təhsil prosesinin fəal iştirakçısına çevrilməsinin, onların tənqidi və yaradıcı düşünmə, müstəqil öyrənmə, problem həlletmə və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edilib. Şəffaf və obyektiv qiymətləndirmə mexanizmlərinin tətbiqi, konstruktiv əks-əlaqənin təmin olunması və bərabər öyrənmə imkanlarının yaradılmasının keyfiyyətli ali təhsilin mühüm şərtlərindən olduğu vurğulanıb.
Hər iki modul interaktiv formatda təşkil olunub. İştirakçılar təqdim olunan mövzular ətrafında müzakirələr aparıb, praktiki nümunələri nəzərdən keçirib və qarşılıqlı təcrübə mübadiləsi vasitəsilə əldə etdikləri biliklərin tədris prosesində tətbiqi imkanlarını dəyərləndiriblər.
Vüsalə Cənnətova – müxbir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 02 Noyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















