Icma.az
close
up
RU
Azərbaycanda A frame evlər tikən biznesmen həbs olundu

Azərbaycanda A frame evlər tikən biznesmen həbs olundu

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bakıda silsilə dələduzluqlar edən həbs olunub.

Lent.az-ın məlumatına görə, tikinti şirkətlərindən birinin direktoru 51 yaşlı Elçin Göyüşov (soyad şərtidir) ayrı-ayrı şəxslərə müxtəlif vədlər verərək, onların külli miqdarda pulunu ələ keçirib.

İlk epizodda o, Ramil adlı şəxsi Novxanı qəsəbəsindəki torpaq sahəsində tikintiyə icazə almaq adı ilə aldadıb. O, bu məqsədlə ondan 10 min manat alıb.

İkinci zərərçəkən Səlim isə Elçinə məxsus MMC-nin  Instagramda reklamını görüb və Şəki şəhərində 3 ədəd “A-frame” tipli ev tikmək üçün ona müraciət edib. Elçin razılaşaraq, onu “Amara plaza”da yerləşdiyi ofisinə dəvət edib. Ayrı-Ayrı vaxtlarda onun ümumilikdə 36 min 500 manat pulunu ələ keçirib.

Üçüncü zərərçəkən isə Mehriban adlı qadındır. O, ikimərtəbəli evinin üstündə mansar tikintisi üçün Elçinə üz tutub. Təqsirləndirilən şəxs mansar və onun tikintisinə icazə adı ilə qadından 49 min 700 manat pulu alıb.

Elçin Göyüşov “müştəri”lərinin heç birinin işini yerinə yetirməyib. Aldandığını görən zərərçəkənlər hüquq-mühafizə orqanlarına üz tutublar. Nəticədə Elçin Göyüşov saxlanılıb, yekun olaraq, barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü (dələduzluq təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.

Nizami rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə Elçin Göyüşov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Avqust 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri