Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycanda aerodrom istismarı sahəsində fəaliyyət göstərən dövlət orqanlarının hüquqi əsaslarının təmin edilməsi məqsədilə yeni qanun dəyişiklikləri təklif olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” Qanuna ediləcək dəyişikliklər müzakirə olunarkən bildirilib.
Hazırkı qanunvericiliyə əsasən, aerodrom istismarçısı yalnız aerodromun idarə olunmasını həyata keçirən fiziki və ya hüquqi şəxsləri əhatə edir. Lakin təklif olunan dəyişikliklərə görə, bu anlayışa dövlət orqanları da daxil ediləcək. Beləliklə, aerodromun istismarını həyata keçirən dövlət qurumlarının fəaliyyətinin hüquqi çərçivəsinin formalaşdırılması təmin olunacaq.
Qanun layihəsinin qəbul edilməsi aviasiya sahəsində dövlət iştirakını gücləndirmək və bu istiqamətdə normativ-hüquqi bazanın təkmilləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Baxış sayı:125
Bu xəbər 22 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















