Icma.az
close
up
RU
Azərbaycanda ağsaqqallar institutunun yenidən, uğurlu təşkili zamanın tələbidir Vahid Tağıyev yazır

Azərbaycanda ağsaqqallar institutunun yenidən, uğurlu təşkili zamanın tələbidir Vahid Tağıyev yazır

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Vahid Tağıyev,

İmişli Rayon Ağsaqqallar Şurası sədrinin birinci müavini

***

Məlum olduğu kimi, Azərbaycan tarıxındə ağsaqqallıq həmişə milli- mənəvi dəyərlərimizin əsas daşıyıcısı, atributlarından biri  kimi qəbul edilib.

Ağsaqqallar  cəmiyyətdaxili sabitliyin əsas qoruyucusu kimi cıxış edib, insanların yanlış hərəkətlər etməsinə mane olub. Hər bir ailənin, məhəllənin, kəndin və daha böyük yaşayış məskənlərinin sözünə, fikirlərinə hörmət etdiyi ağsaqqalları olub. Nəticədə cəmiyyətdaxili qarışıqlıqlar, ailədaxili münaqişələr, habelə cinayətlər daha az olub. Orta və yaşlı nəsil bunların canlı şahididir.

Biz güzgüyə baxıb görünüşümüzü səliqəyə saldığımız kimi hərəkətlərimizi də ağsaqqalların münasibəti, hətta bizə diqqətli bir baxışı ilə səhvlərimizi düzəltmiş, nəyin yaxşı, nəyin pis olduğunu müəyyən etmişik. 

Məlum olduğu kimi Kitabi Dədə Qorqud dastanlarında, Azərbaycanın qədim nağıl və rəvayətlərində xeyirxah ağsaqqal obrazı təsvir olunur. Bu mənbələrdə ağsaqqal təcrübəni, bitkinliyi və müdrikliyi özündə ifadə edib. Bu dəyərlərə müasir real həyatımızda da zamanla şahid olmuşuq. 

Son on illiklərdə Qloballaşma prosesi və sürətli elmi-texniki inkişaf bəzi milli-mənəvi dəyərlərdən uzaqlaşmağa, o cümlədən ağsaqqalların da nüfuzuna mənfi  təsir etmişdir. Cəmiyyətdə bu halın baş verməsinin narahatlıqla dilə gətirilməsilə də qarşılaşmışıq.

Məlum olduğu kimi müasir Azərbaycanın qurucusu və yaradıcısı Dahi Lider Heydər Əliyevin  həyat və fəaliyyəti, zəngin irsi xalqımızı və dövlətimizi daim irəliyə aparan, istiqamətverici, tükənməyən bir məktəbdir. Bütün başqa sahələr kimi milli- mənəvi dəyərlərimizin qorunması, o cümlədən gündəlik həyatımızda ağsaqqala hörmətlə yanaşılmasını Ulu Öndər daim diqqətdə saxlayırdı.

Heydər Əliyevin "Ağsaqqal milli-mənəvi dəyərlərimizin qızıl fondudur" kəlamı şərəfli ömür yaşamış müdrik insanlara böyük dəyərinin bariz nümunəsidir. 

Bildiyimiz kimi həyatda insanlar aradında Ağsaqqalı bizim adət etdiyimiz  prosedurlarla seçmirlər. Yaşının artması, saqqalın ağarması fiziki bir prosesdir. Sayılıb, seçilən ağsaqqallar tədricən, zaman- zaman, dünyanın bərkindən- boşundan keçərək, ədalətli mövqeinə, əməllərinə görə fərqlənib nüfuz sahibi olur.

Ölkəmizdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən sayılan ağsaqqallıq institutu yenidən formalaşması sürətlə gedir. Bu, dəyərlərimizin qorunması, inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin rəhbərliyi ilə Şura son illərdə nəzərəçarpacaq inkişaf mərhələsi keçmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağsaqqallara yüksək səviyyədə qayğı və diqqət göstərir. 

Yaxın günlərdə -1 noyabr 2024- cü il tarixində İmişli Rayon Ağsaqqallar Şurasının “Zəfər Günü”nə həsr olunmuş  yarımillik hesabat konfransı təntənəli şəraitdə keçirildi. Verilən hesabat və çıxışlarda rayon ağsaqqallar şurasının sədri Saleh Səmədovun rəhbərliyi və nüfuzu sayəsində çox böyük işlərin görüldüyü konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

Əminik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizin davamlı inkişafı prosesində ağsaqqallarımız, o cümlədən İmişli rayonunun ağsaqqalları üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirəcəkdir! 

Bu şərəfli yolda ağsaqqallarımıza uğurlar arzulayırıq!

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://mia.az
archiveBu xəbər 11 Noyabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri