Icma.az
close
up
RU
Azərbaycanda arxeologiya və antropologiya üzrə fundamental elmi araşdırmaların aparılması mühüm hədəflərdən biridir

Azərbaycanda arxeologiya və antropologiya üzrə fundamental elmi araşdırmaların aparılması mühüm hədəflərdən biridir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanda arxeologiya və antropologiya elm sahələrinin öz inkişaf tarixi var. Arxeoloji abidələr səciyyələndirilərkən onların Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni tarixinin, xalqımızın etnik mənşəyinin və digər ümdə problemlərin həlli üçün əhəmiyyəti nəzərə alınır. Arxeoloji abidələrin xəritəsi ölkəmizin uzaq daş dövründən son orta əsrlərədək zəngin tarix və mədəniyyətə sahib olduğunu sübut edir. Yəni yazıyaqədərki təxminən iki milyon illik qədim tariximiz arxeoloji tədqiqatlar əsasında öyrənilir.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev “Azərbaycanda arxeoloji və antropoloji tədqiqatlar: nəticələr və perspektivlər” mövzusunda elmi sessiyada söyləyib. O qeyd edib ki, Qobustanda ilk arxeoloji qazıntılar Gəncə-Qazax bölgəsində erkən əkinçilik mədəniyyətini əks etdirən qədim yaşayış yerləri, Mingəçevir, Örənqalada arxeoloji qazıntılar, Qarabağda Paleolit dövrünə aid Azıx və Tağların kəşfi, Qədim Qəbələnin qazıntıları, Şabran şəhər yerində tədqiqatlar və digər arxeoloji abidələrin öyrənilməsi ölkəmizin qədim tarixinin mövcudluğunu faktlarla sübuta yetirib.

“Arxeologiya və antropologiya elminin Azərbaycanın zəngin tarixi keçmişinin öyrənilməsində məxsusi xidmətləri 1993-ci ildə Ulu Öndər Heydər Əliyevin xalqımızın tələbi ilə hakimiyyətə qayıdışı zamanı diqqətini cəlb edib və öz yüksək qiymətini alıb. Elə həmin il AMEA-da Arxeologiya və Etnoqrafiya İnstitutu yaradılıb. İnstitut 2000-ci illərdə yeni arxeoloji abidələrin kəşfinə imza atıb. Əvvəllər elmə məlum olmayan onlarca abidələr aşkar edilib, irimiqyaslı arxeoloji qazıntı işləri aparılıb”, - deyə Fərhad Quliyev bildirib.

2024-ci ildən etibarən müasir elmin tələblərinə uyğun olaraq, institutun Nazirlər Kabinetinin qərarı ilə Arxeologiya və Antropologiya İnstitutu adlandırıldığını qeyd edən direktor elmi müəssisənin yeni hədəflərinə diqqət çəkib: “Azərbaycanda arxeologiya və antropologiya elmləri sahəsində fundamental və innovasiya xarakterli elmi araşdırmaların aparılması ən mühüm hədəflər hesab oluna bilər. Bunun üçün ölkəmizdə arxeoloji və antropoloji tədqiqatları dünya sivilizasiyaları kontekstində yerli və xarici mütəxəssislərin iştirakı ilə, müxtəlif elmlərin qovşağında (multidisiplinar), mövcud qabaqcıl texnologiyaların tətbiq edilməsi ilə tədqiqinə üstünlük verilməlidir.

Yeni struktura əsasən İslam dövrü arxeologiyası, Məhkəmə arxeologiyası və Xəzər arxeologiyası şöbələri yaradılır. Fiziki antropologiya sahəsinin aktuallığını nəzərə alaraq, Antropologiya şöbəsinin nəzdində laboratoriyanın yaradılması bu istiqamətdə atılmış ən uğurlu addımlardan biridir. Ümumiyyətlə institutun mövcud strukturu əvvəlki illərdən fərqlənir. Qeyd edim ki, bu, hələ tam şəkildə strukturun tamamlanması prosesinin başa çatması deyil”.

F.Quliyev vurğulayıb ki, hazırda AMEA-nın institutlarının fəaliyyətində köklü dəyişikliklərin edilməsi, yeni gündəmin tələblərinə cavab verəcək tədqiqatların təşkili ilə bağlı AMEA prezidenti akademik İsa Həbibbəyli tərəfindən genişmiqyaslı islahatlar aparılır: “Bunun ilkin nəticəsi olaraq, Arxeologiya və Antropologiya İnstitutunun maddi-texniki bazasının güclənməsi istiqamətində aparılan işləri qeyd etmək istərdim. Bu gün institutumuzun səmərəli fəaliyyəti üçün arxeoloji və antropoloji tədqiqatlara aid xüsusi laboratoriyalar və ayrıca olaraq arxeoloji fond binası məsələlərinin, AMEA prezidentinin əməli fəaliyyəti nəticəsində öz həllini tapmasına şərait yaranıb.

Hazırda biz yenilənmiş Arxeologiya və Antropologiya İnstitutunun formalaşması prosesindəyik. Yaxın üç il ərzində maddi-texniki bazası gücləndirilmiş və cəmiyyətin tələblərinə cavab verəcək instituta çevrilməsinə nail olacağıq”.

F.Quliyev diqqətə çatdırıb ki, 2023-ci ildə institut əməkdaşlarının xaricdə çap olunmuş məqalələrinin sayı 16 idisə, 2024-ci ildə 30 olub. 2023-ci ildə beynəlxalq arxeoloji ekspedisiyaların sayı 5 idisə, 2024-ci ildə 9 olub. Bu il beynəlxalq ekspedisiyaların sayı 12 olacaq.

Direktor qeyd edib ki, beynəlxalq impakt faktorlu jurnallarda ən çox istinad baxımından, institut Azərbaycanda ali təhsil və elmi-tədqiqat ocaqları arasında ilk onluqda, AMEA-nın İctimai bölmə institutları sırasında öndədir.

2024-cü ildə institutun bir çox dövlət qurumları ilə müştərək işlər gördüyünü deyən direktor bu baxımdan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası xətti ilə həyata keçirilən tədbirləri vurğulayıb. Onun sözlərinə görə, bu sıraya Xocalı rayonu Malıbəyli kəndində, Ağdərə rayonu Sırxavənd məzarlığında, Füzuli rayonu Mahmudlu kəndində, Bala Bəhmənli kənd qəbiristanlığında, Beyləqan rayonu Peyğəmbər qəbiristanlığında, Gəncə şəhəri İmamzadə qəbiristanlığında, “Şuşa şəhəri Mirzə Həsən (Mir Həsən) qəbiristanlığında, “Ağdərə rayonu Kotevan (Ketevan, Hotevan, Qozlu körpü) kənd qəbiristanlığında, Xocavənd rayonu Edilli kəndi, Əsgəranda Aşağı qala yaxınlığında, Tərtər şəhər qəbiristanlığında ekshumasiya işləri və digər ərazilərdə birgə görülən işlər aiddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri