Icma.az
close
up
RU
Azərbaycanda ata çaydanı oğlunun başına çırpdı İş məhkəməyə getdi

Azərbaycanda ata çaydanı oğlunun başına çırpdı İş məhkəməyə getdi

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Göygöl rayonunda ata və oğul arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 29-da baş verib. 1965-ci il təvəllüdlü İlqar həmin gün saat 15 radələrində yaşadıqları evin mətbəxində övladı Mehdi ilə mübahisə edib. 
Bu zaman İlqar oğlundan özünə məxsus mobil telefonunu istəyib. Amma Mehdi əvvəllər onun sərxoş halda olarkən tanışlarına zəng edərək səbəbsiz yerə mübahisələr yaratmasını səbəb göstərib və mobil telefonu ona verməkdən imtina edib.
Bunun üçün ata və oğulun arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı həmin otaqda yerləşən stolun üzərindəki çaydanı götürərək bir dəfə oğlunun baş nahiyəsinə zərbə vurub. 
İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 60 yaşında olmaqla sənətkarlıqla məşğuldur, bu vaxta kimi müqavilə üzrə dövlət qurumlarından birində işləyib: “İş yerimdən maaşımı alaq evə gələn zaman aldığım maaşın yarısını evdəkilərə vermişəm, yarısını da ehtiyata özümdə saxlamışam. Həmin vaxtı evdəkilər mənim bu hərəkətimə etirazını bildirdilər. Bundan sonra evdəkilərlə mübahisəm yarandı. Mübahisə zamanı oğlum Mehdi məni boğan zaman masanın üzərindəki çaydanı götürərək onun başından vurdum. Mübahisə zamanı evdə yoldaşım və qızım da olub. Həmin şəxslər də mübahisənin şahidi olublar”. 
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, o, içki içən şəxs olmayıb: “Evdəki mübahisələrin səbəbi pul məsələsinə görə olub. Yaşanan hadisələrlə bağlı peşmançılıq hissi yaşayıram. Bundan sonra həmin hadisə təkrar yaşanmayacaq”. 
İş üzrə zərərçəkmiş Mehdinin sözlərinə görə, körpə yaşlarından müəyyən səbəblərə görə babası və nənəsi ilə yaşayır: “İlqar evdəkilərə hər ay qazancından cəmi 100 manat məbləğində pul verərək ailədən bütün ehtiyaclarını həmin pulla qarşılamalarını istəyib. Qalan pulu isə özündə saxlayın. Bununla belə İlqar ailəsinə baxmır. 25 yaşındakı öz qızından işləməsini tələb edir. Hətta yaxın zamanlarda təqsirləndirilən şəxs öz qızını vurmaq istəyən zaman anam mane oldu. Hadisə ərəfəsində evdəkilər təqsirləndirilən şəxsin evdə səs-küy yaratdığını mənə bildirdilər. Mən də bununla bağlı ondan evdə nalayiq sözlər işlətməməsi ilə xəbərdarlıq edən zaman məni polisə verəcəyini bildirdi. Həmin əsnada sinəsindən tutaraq itələyən zaman İlqar çayniklə qəfildən başıma vurdu”.
Məhkəmədə zərərçəkmiş şəxsin atasına qarşı etdiyi şikayət edən zaman verdiyi izhatı açıqlanıb. O, həmin izahatında göstərib ki, Göygöl şəhərində ailəsi ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir: “Atam mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadığımız evə gəlib və evdə səbəbsiz yerə mübahisələr yaradıb. Atam sərxoş olan zaman tanışlara və dövlət idarələrinə zənglər edib, narahat etdiyi üçün təxminən məlum hadisədən iki həftə əvvəl telefonunu götürərək evdə gizlətdim. Hadisə günü, saat 15 radələrində atam sərxoş halda evə gələrək telefonunu ona verməyimi tələb etdi. Bu zaman atama sərxoş olmasını, kimlərəsə zənglər edərək narahatçılıq verməməsini, ayıldıqdan sonra telefonunu özünə verəcəyimi bildirdim. Bu zaman atam nalayiq ifadələr işlədərək evi dağıtmağa başladığı üçün onu tutaraq sakitləşdirmək istədim. Ancaq həmin vaxt atam evdə olan ağ rəngli çaydanı götürərək başımdan bir dəfə zərbə vurdu. Bu zaman aldığım zərbədən yerə yıxıldım və başımın qanamasını gördüm. Həmin vaxt təcili tibbi yardıma zəng etdim. Yaşadığımız evə gələn təcili tibbi yardım işçiləri mənə tibbi yardım göstərdi, qanımı dayandırdı. Bundan sonra olanlar barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verdim”.
Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş atasına qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri