Icma.az
close
up
RU
Azərbaycanda atom enerjisi: Nədən başlamalıyıq?

Azərbaycanda atom enerjisi: Nədən başlamalıyıq?

Azvision saytına istinadən Icma.az xəbər verir.

Atom enerjisinin istehsalına bəşlanandan bəri AES-lərdə cəmi iki 7-ci dərəcəli qəza baş verib: biri Çernobılda, digəri isə Fukusimada. Məhz bu iki qəzadan sonra dünyada AES-lərə, atom enerjisinin istehsalına yeni baxış tələb olunurdu.
AzVision.az -a müsahibəsində bu reallığı vurğulayan AMEA-nın həqiqi üzvü, texnologiya üzrə AMEA-nın müşaviri Adil Qəribov Fukusima qəzasından sonra ABŞ prezidenti Barak Obamanın təşəbbüsü ilə bununla bağlıə xüsusi 4 böyük sammitin keçirildiyini xatırladıb.

Yeri gəlmişkən, nüvə ölkəsi olmasa da, bu sammitlərin üçünə Azərbaycan da dəvət almışdı. Həmin sammitlərdə nüvə enerjisinin təhlükəsizliyinin bir nömrəli amil olduğu qərara alındı.
Akademik Adil Qəribov bildirib ki, əsas problem Fukusima AES-də passiv soyutma sisteminin olmaması idi və generator sıradan çıxanda soyutma sistemi işləmədiyinə görə, reaktorda partlayış baş vermişdi. Bu problemin qarşısının alınması üçün yeni tip reaktorların yaradılması qərara alındı. Həmin reaktorlarda soyutma sistemlərinin passiv səkildə olması nəzərdə tutulur, yəni reaktor dayanan kimi bu sistem öz-özünə işə düşür. Bunlar 3+ və 4-cü nəsil reaktorlar adlanır.

Sözügedən məsələ ilə bağlı 4-cü Vaşinqton sammitindən sonra dünyanın aparıcı ölkələri bununla məşğul olmağa başladılar və ilk 3+ nüvə reaktoru Rusiyada tikildi. Belə reaktorlarda passiv müdafiə sistemi var, aktiv zonalar mövcuddur. Qəza olan kimi reaktorlar aşağıda yerləşən xüsusi kameralarda gizlənilir və orada saxlanılır. Bu AES-lərdə nüvə yanacağının 3-5%-dən artıq zənginləşdirilməsinə icazə verilmir. Bununla bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) vahid normativ sənədləri yaradılıb.
Dünyada belə xülya yaranıb ki, atom enerjisi variantını sıradan çıxarmaqla yanaşı, külək və günəş enerjisi kimi təhlükəsiz sistemə keçmək lazımdır. Avropa artıq 2020-ci ildə “20%+20%+20%” düsturuna əsasən, atom və ənənəvi enerji resursları, həmçinin atmosferə tullantıların həcminin azaldılması barədə qərar vermişdi. Amma bu hədəfə hələ də çatılmayıb və heç bir ölkə 20% bərpa olunan eneri səviyyəsini təmin edə bilməyib.
Bu kontekstdə dünya xüsusilə də qışda enerji çatışmazlığı və enerji təhlükəsizliyi problemi ilə üzləşdiyini anladı. Dünyada ekoloji baxımdan ən ziyanlı kömürün istehsalı son illərdə Avropada 30% artıb. Buna görə də, çox düşüncələrdən sonra yeganə çıxış yolunun atom enerjisinin istehsalında olduğunu gördülər və bu sahədə yeni mərhələ başladı. Digər tərəfdən, karbohidrogen enerji mənbələri bütün ölkələrdə yoxdur, həm də bu müstəvidə siyasi oyunlar gedir. Bütün bu məqamlar fonunda 3 il bundan əvvəl MAQATE-nin konfrnasında qəbul olunan qərara əsasən atom energetikası yeni inkişaf dövrünə başladı: yalnız passiv təhlükəsizlik sisteminə malik olan 3+ və 4-cü nəsil reaktorlar, onlarla yanaşı kiçik modul AES-lərin inşası, AES-lərə nəzrəti gücləndirmək şərtləri ilə aton enerjisinin istehsalı.
- Modul tipli AES-in mahiyyəti nədən ibarətdir? Azərbaycanda nüvə enerjisinin istehsalı və ya alınması, habelə modul tipli AES-in tikilməsi nə dərəcədə realdır?
- Modul tipli reaktorlar az gücə malik kiçik reaktorlardır. Belə reaktorların bütün aktiv zonası (ona daxil olan bütün komponentər) zavod şəraitində yaradılır, onlarda hansısa defektin olması ehtimalı yoxdur. Belə reaktorlar zavod şəraitində sınaqdan keçirilir və həmin reaktorun korpusuna uyğun şəkildə hazırlanmış binanın içərisinə yerləşdirilir. İstifadə edən ölkənin bu reaktora girişi yoxdur, yəni istədiyin zaman onu təmir etmək və ya çıxarmaq imkanı verilmir.
Bu tip reaktorlar iki növə bölünür: aşağı və yuxarı temperaturlu reaktorlar.
Aşağı temperaturlu reaktorlardan kiçik ərazilərdə və uzaq regionlarda enerji təminatı üçün istifadə edilir.
Yüksək temperaturlu reaktorlar isə əsasən texnoloji proseslərin, məsələn metallurgiya sahəsində, enerji təminatında istismar olunur. Belə reaktorlardan çıxan istilik enerjisini 1000-1200 dərəcəyə qədr çatdrımaq olur. Eyni zamanda, neft-kimya proseslərində də bu reaktorlardan istifadə etmək mümkündür.

Bu baxımdan, hazırda dünyada modul tipli nüvə reaktorlarına böyük tələbat var. Əslində bu tipli reaktorlar yenilik deyil, onlar çoxdan məlum idi. Sadəcə, iqtisadi cəhətdən sərfəli deyildi. Belə ki, reaktorların gücü artdıqca, onların iqtisadi baxımdan sərfəli olması daha da yüksəlir. Ona görə də, son vaxtlar tikilən reaktorlar daha çox 1000-1200 meqavat gücünə malikdir. Amma modul tipli reaktorların istifadə sahələri çox genişdir. Bu reaktorları yaradanda əsasən bir neçə məqsəd güdülürdü: əvvəla, suyu parçalamaqla hidrogenin alınması; ikincisi, suyun təmizlənməsi; üçüncüsü, texnoloji proseslərin təmin olunması.
- Bəs Azərbaycanda bu yöndə tarixən hansı addımlar atılıb və indi nələr planlaşdırılır? Bu sahədə hansı potensialımız var?
- Azərbaycanda AES-in inşası palnı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1982-ci ildə SSRİ Nazirlər Kabineti Nəvaidə hər biri 1000 meqavat gücündə olan 4 bloklu AES tikilməsi barədə qərar qəbul etdi. Onun bünövrəsi də qazıdlı və hətta şəhərcik də tikilməyə başladı. Sonra Çernobıl qəzasını bəhanə edən Mixail Qorbaçov bunun inşasını dayandırdı.
Bu məsələyə ikinci qayıdışımız isə müstəqillik dövrümüzə təsadüf edir. Prezident İlham Əliyev Vaşiqnton sammitindən qayıdandan sonra bir neçə nazirliyin və AMEA-nın rəhbərliyi qarşısında Azərbaycanda nüvə energetikası və texnologiyası ilə bağlı məsələ qaldırdı. Məhz dövlət başçımızın sərəncamı ilə Azərbaycanda Milli Nüvə Problemləri Mərkəzi yaradıldı və mən 8 il bu quruma rəhbərlik etdim.
Bizim qarşımızda qoyulan əsas vəzifələrdən biri də Azərbaycanda atom enerjisindən istifadə sisteminin təşkili idi. Bu Mərkəz işləyir və orada kadr potensialı da var. Hətta hansı tipli reaktorların tikiliməsi ilə bağlı Rusiyanın “Rosatom” şirkəti ilə görüş də keçirilmişdi. Azərenerji və Energetika nazirliyi ilə birlikdə bunun iqtisadi əsaslandırılmasının ilkin variantını da hazırlamışdıq. Lakin bəzi siyasi məqamlara görə bu məsələ dayandı.
Amma COP29 çərçivəsində Azərbaycanın Energetika nazirliyi ilə MAQATE-nin baş katibi arasında niyyət protokolu imzalandı. Həmin protokolda müddəalardan biri də Azərbaycanda nüvə energetikasının inkişafı üçün araşdırmaların aparılmasını və hazırlıq işlərinin görülməsini nəzərdə tutur. Hazırda bu məsələ gündəmdədir.
Amma AES həm kapital və elmi tutumludur, həm qlobal təhlükəsizlik problemi var. Onun inşası ən azı 10 ilə başa gələ bilər. Bu nöqteyi-nəzərdən modul tipli AES-lər ən perspektivli və gündəmdə olan ən aktual məsələdir. Bunun da tikintisi ilə bağlı seçimdə siyasi motivləri nəzərə almaq lazımdır. Əks halda belə reaktorun inşası həyata keçməyən bir yük kimi bizim üzərimizdə qalacaq.
- Bəzi məlumatlara görə, Qazaxıstanda - Xəzərin o tayında bununla bağlı işlər gedir və hətta belə reaktorun işə salındığı da deyilir.
- Qazaxıstanda nüvə reaktorları var, amma hələ AES tikilməyib. SSRİ-nin ilk atom bombasının sınağı Qazaxıstandakı Semipalatinsk poliqonunda keçirilib. Burada reaktorlar və nüvə texnologiyası üzrə kadrların hazırlanması üçün böyük bir münbit şərait və ənənə var.
Qazaxıstanın da iki seçimi mövcuddur. Ərazisi böyükdür və yaşayış məntəqələri bütün əraziyə səpələnib. Böyük gücə malik reaktorlar yalnız Karaqandada və böyük texnoloji proseslər gedən zonalarda lazımdır. Kənar yerlərdə isə, modul tipli AES-lərə ehtiyac duyulur.
SSRİ dövründə Aktauda (keçmiş Şevçenko şəhəri) sürətli neytronlarla işləyən 350 meqavattlıq reaktorlar var idi, bunlar dünyada ilk belə reaktorlardır. Buna qədər bütün reaktorlar termik reaktorlar adlandırılırdı, çünki onlardakı neytronların sürəti çox aşağı idi. Qazaxıstandakı həmin reaktorda həm suyun saflaşdırılması prosesi gedirdi, həm də uran-238-dən plutonium-239 alırdılar ki, bundan da nüvə silahının istehsalında nüvə yanacağı kimi istifadə olunurdu. SSRİ dağılandan sonra Qazaxıstan nüvə dövlət statusundan imtina etdi və həmin reaktor sahibsiz qaldı.
Yeri gəlmişkən, hazırda Özbəkistanda 49 meqavatlıq modul tipli reaktor var ki, bu layihə də Rusiya ilə birgə həyata keçirilib. Belə reaktorlardan Rusiyanın buzqıran gəmilərində istifadə olunur. Hansısa bir aulun yanında yerləşdirilən bu reaktorlar bir rayonu enerji ilə təmin edə bilir. Bir dəfə yanacağın doldurulması onların 18 aylıq fəaliyyəti üçün bəs edir.
- Alimlər ən ucuz başa gələn atom enerjisinin dıəniz suyunun şirinləşdirilməsi prosesində istifadə edilməsini məqsədəuyğun sayırlar. Bu məsələdə Azərbaycanla Qazaxıstanın hansı əməkdaşlıq perspektivləri mövcuddur? Bizim ölkəmizin özü bu müstəvidə hansı potensiala malikdir?
- Hazırda dünyanı ən çox düşündürən problemlərdən biri suyu parçalamaq prosesi və içməli su qıtlığını həll etməkdir. Suyun saflaşdırılmasında lazım olan enerjinin həcmi çox böyükdür. Bunun üçün AES seçimində tələbata uyğun reaktorun gücü nəzərə alınmalıdır.
Yeri gəlmişkən, Qazaxıstan, Türkmənistan və İran da içməli su problemi yaşayır. Bütün Xəzəryanı ölkələrin içməli suya ehtiyacı var. Bu reallıq fonunda bizim hansısa ölkə ilə müştərək şəkildə modul tipli AES inşa edə biləcəyimizə inanmıram. Düşünürəm ki, ölkəmzin ayrıca öz layihəsi olmalıdır və bu elə də bahalı layihə deyil. Belə modul tipli stansiyaların dəyəri 1,5-1,8 milyard dolları keçmir.
Bu məsələdə yeni velosiped kəşf etməyə ehtiyac yoxdur. Sadəcə, hansı gücdə modul tipli AES-ə ehtiyacımız olduğunu istehsalçıya desək, o, bizə öz variantlarını təklif edə bilər.
Məncə, artıq işə başlamaq azımdır. Bütün hesablamalara görə, enerji təchizatı və təhlükəsizliyi baxımından, Azərbaycanın yaxın 70-100 ildə heç bir problemi yoxdur. Yaşıl enerji sahəsində Azərbaycanın apardığı siyasətdən isə, dünya ölkələri bir örnək götürməlidirlər. Bu kontekstdə, təmiz enerji nöqteyi-nəzərindən ölkəmizin atom enerjisindən istifadə etməsini zəruri sayıram.
- Xəzərin suyunun şirinləşdirilməsi məsələsinin həlli yönündə modul tipli AES-in tez bir zamanda tikilməsi üçün Azərbaycan MAQATE və ya hansısa ölkə ilə razılığa gələ bilərmi? Yəni sizin dediyimniz kimi, bu iş ən azı 10 ilə yox, daha tez həll olunsun.
- Vaxtilə Belarus da AES tikəndə MAQATE təxminən bunun üçün ən azı 7-8 il hazırlıq keçməsi şərtini qoymuşdu. Amma Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Rosatom” şirkətinin uzağı 5 ilə bu ölkədə AES tikəcəyini və bunun üçün hansı sənədi desələr imzalayacağını bildirdi. Deyilən müddətdə də orada ilk blok işə salındı.
Yəni bunun üçün ilk növbədə sifarişçi və icraçı ölkə MAQATE-nin qarşısında bu məsələni qaldırmalıdır. İcarçı ölkə tikinti üçün bütün zəruri olan nüansları, habelə bir müddət onun istismarına nəzarəti və kadrla təminatı öz üzərinə götürür. Bu halda MAQATE icazə verir.

Bu məsələni yüngülləşdirən bir amil də bizim modul tipli AES istəməyimizdir. Modul stansiya icracı ölkədə 1,5 ilə düzəlir, onun korpusunu isə özümüz inşa edə bilərik. Məncə, uzağı 5 ilə modul tipli su təmizləyici nüvə reaktorunun inşası mümkündür. Sözsüz ki, danışıqlar aparılmalıdır və siyasi qərar verilməlidir. İlk növbədə ölkə prezidentinin sərəncamı olmalıdır ki, bizim yaranmış vəziyyəti nəzərə alaraq məsələni sürətləndirməyi xahiş edirik.
MAQATE-nin baş katibi Rafael Qrossinin bizə münasibəti elə yüksək səviyyədədir ki, Azərbaycan prezidentinin istənilən müraciəti öz həllini tapacaq. Ona görə də, burada narahat olmağa əsas yoxdur. Bizə hazırda ilk növbədə içməli su problemini həll etmək lazımdır.
- Açığı mən əminəm ki, geniş ictimaiyyətə açıqlanmasa da, bununla bağlı müvafiq qurumlarla və ölkələrlə danışıqlar gedir. Çünki ölkə rəhbərliyi də bu problemi görür.
- Mənim tələbələrim artıq MAQATE-nin beynəlxalq konfranslarında iştirak edirlər. Sentyabrda keçirilən konfandan qayıdandan sonra onlar mənə dedilər ki, orada bizim artıq guya AES tikdiyimiz barədə söhbətlər gedir. İnsanlarda belə fikir var.
Çünki bizim prezident heç vaxt dediyi sözü geri götürməyib, həmişə icra edib. Dedi Qarabağa gedəcəyik, Şuşanı alacağıq - hamısını da həyata keçirdi. AES-dən istifadə edəcəyimizi bildirdi və çox ümidvaram ki, bu da olacaq.
AES-in tikilməsi təkcə enerji təhlükəsizliyini təminatı və yaxud da içməli su probleminin həlli yox, həm də böyük bir yüksək texnologiyanın Azərbaycana gətirilməsidir. Bu, həm nüvə sahəsində tədqiqatların, həm mütəxəssislərin, həm də bütün elm sahələrinin şaxəli şəkildə inkişafı deməkdir. Məsələn, onkoloji xəstəliklərin müalicəsi yalnız nüvə, atom və onların izotopları vasitəsi ilə həyata keçirilir.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:37
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see254

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see249

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see227

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see209

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see202

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see170

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see162

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see158

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see152

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see146

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see140

Dağlarda qar, yollarda buzlanma gözlənilir rəsmi xəbərdarlıq

15 Dekabr 2025 15:27see139

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see139

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see139

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see137

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see132

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri