Icma.az
close
up
RU
Azərbaycanda Avtopark Menecerləri üçün peşəkar təlim proqramı “Bolt”dan ilk

Azərbaycanda Avtopark Menecerləri üçün peşəkar təlim proqramı “Bolt”dan ilk

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Bolt”, taksi sektorunda innovativ texnoloji həllər təqdim edən aparıcı platforma olaraq, Azərbaycanda avtopark menecerləri üçün ilk master klas proqramını uğurla həyata keçirdi. Təlimin məqsədi peşəkar avtoparkların sayını artırmaq, idarəetmə keyfiyyətini yüksəltmək və bilik mübadiləsini təşviq etməkdir.

Bu təşəbbüs “Bolt”un sistemində və Azərbaycanda ilk belə peşəkar təlim proqramı olmaqla taksi sektorunun strukturlaşdırılması və peşəkarlaşdırılması istiqamətində vacib addımdır.

Təxminən 40 mövcud və gələcək avtopark meneceri günboyu davam edən sessiyalarda iştirak etdi. Tədbirdə avtoparkların idarə olunması, sürücü və avtomobil qeydiyyatı, qanunvericiliyə uyğun fəaliyyət, maliyyə modelləri, sahibkarlara dəstək və Bolt-un təqdim etdiyi texnoloji alətlər kimi mövzular əhatə olundu.

Yeni qanunvericilik və dəyişən tələblər avtopark sahibləri üçün bir sıra çağırışlar yaradıb – o cümlədən sürücülərə nəzarət və proseslərin düzgün şəkildə idarə olunması. Bolt-un məqsədi, qanunvericiliyə bələd və texnologiyaya açıq peşəkar menecerlər formalaşdırmaq və bu sahədə onların inkişafını dəstəkləməkdir.

Tədbirdə hüquqşünaslar, sektor üzrə rəhbərlər və Bolt nümayəndələri iştirak edərək öz təcrübələrini bölüşdülər.

Ramil Məhərrəmov, Bolt-un Əməlliyyatlar üzrə rəhbəri:

“Bolt” şirkəti Azərbaycanda avtoparkların peşəkar idarə olunmasında sadiq tərəfdaşdır və bu sahədə fəaliyyətini davam etdirir. Azərbaycan bazarı üçün peşəkar avtoparkların və avtopark menecerlərinin sayının artırılmasını dəstəkləyir və gələcəkdə də bu dəstəyi davam etdirəcək. Son məqsədimiz — müştərilərə yüksək keyfiyyətli taksi xidməti göstərən, güclü və dayanıqlı, dövlət qaydalarına uyğun fəaliyyət göstərən taksi sektorunun formalaşmasına mühüm töhfə verməkdir.”

Maarifə Paşayeva, “Bolt”un Dövlət siyasəti üzrə rəhbəri:
“Peşəkar fəaliyyət göstərmək istəyən hər bir avtopark operatoru ölkədəki qanunvericiliyi dərindən bilməlidir. Bu cür təlimlər həm hüquqi çərçivədə fəaliyyətə kömək edir, həm də sahibkarların özlərini qorumasına şərait yaradır.”

Həşim Əliyev, avtopark və maliyyə idarəçiliyi üzrə məruzəçi:
 “Avtopark idarəçiliyi yalnız nəqliyyat vasitələrinə nəzarətlə məhdudlaşmır. Davamlılıq üçün effektiv maliyyə modeli və strateji planlama əsas şərtlərdir.”

İştirakçılar Bolt Drive xidməti və “Bolt”un avtoparklara yönəlmiş idarəetmə portalı ilə tanış oldular. Təlim həm nəzəri, həm də praktiki bilikləri əhatə etdi.

Günün sonunda iştirakçılar üçün qiymətləndirmə imtahanı keçirildi və nəticələrə əsasən sertifikatlar və xatirə hədiyyələri təqdim olundu.

“Bolt” haqqında
Bolt sərnişin daşımalarını texnologiya vasitəsilə birləşdirən aparıcı platformadır. Şirkət birbaşa nəqliyyat xidməti göstərmədən, fiziki şəxsləri və avtoparkları sərnişinlərlə əlaqələndirir. Azərbaycanda fəaliyyətə başladığı gündən etibarən Bolt təhlükəsizlik, şəffaflıq və innovasiyaya verdiyi önəmlə seçilir.



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri