Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Azərbaycanda balığın qiyməti 3 4 dəfə qalxıb

Azərbaycanda balığın qiyməti 3 4 dəfə qalxıb

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Son illər Xəzər dənizində su səviyyəsinin azalması artıq təkcə ekoloji deyil, eyni zamanda birbaşa balıqçılıq təsərrüfatına da təsir edən başlıca problemə çevrilib. Belə ki, suyun sahil xəttinin geri çəkilməsi, bəzi ərazilərdə yaranan dayazlaşma balıqların köç yollarını və çoxalma yerlərini dəyişib. Müşahidələr göstərir ki, ənənəvi balıq ovu sahələri əvvəlki məhsuldarlığını itirib, balıqçılıqla məşğul olan insanların gəlirləri isə müəyyən qədər azalıb. Eyni zamanda ekosistemdə yaranan pozuntular da bəzi balıq növlərinin sayında ciddi azalma ilə müşahidə olunur. 

Maraqlıdır, hazırda Xəzər dənizinin səviyyəsinin azalması və ekoloji dəyişikliklər fonunda 10 il əvvəlki vəziyyətlə müqayisədə, balıqçılıq sektorunda hansı əsas fərqlər və dəyişikliklər müşahidə olunur?

Modern.az-a açıqlamasında Azərbaycan Balıqçılar İttifaqının sədri Əfqan Əliyev hazırda bazarda müşahidə edilən qiymətləri şərh edərkən bildirib ki, Xəzərin çəkilməsi prosesi dayanana qədər təbii su hövzələri balıqlarının qiymətlərində artım davam edə bilər. Onun sözlərinə görə, qiymət artımının qarşısının alınması isə hələlik ümumi idxaldan asılıdır. 

⁠"Kür və Araz çaylarında suyun azalması, onlardan ayrılan bəzi qolların qurumasına səbəb olur ki, bu da əsasən çəkikimilərə və müəyyən dərəcədə nərəkimi balıqların populyasiyasına mənfi təsir göstərir. Bunun üçün böyük su hövzələrindən ayrılan qoların mütəmadi olaraq təmizlənməsi və qorunması vacib amillərdəndir.

⁠Çəkikimilərin azalmasının əsas səbəblərinə gəlincə, bunun iqlim dəyişikliyi ilə bağlı olması ilə razı deyiləm. Çünki son 15 ildə müşayiət etdiyimiz və apardığımız monitorinqlər insan faktorunun da böyük rolunun olduğunu göstərib. Kənd Təsərrufatı Nazirliyinin nəzdində yaradılan müvafiq qurumlar sənaye balıqçılığında istifadə olunan alətlərə nəzarəti gücləndirməlidir ki, balıq ehtiyatlarının azalmasının qarşısı alınsın”.

Sədr həmçinin vurğulayıb ki, təbii su hövzələrimizdə çəkikimilərin və digər balıqların azalması ilə bağlı məlumatlar nəinki düşündürücü, hətta katostrafikdir:

“2 il öncə rəsmi qurum nümayəndələrindən bu rəqəmin 80% üzərində oldugu bildirilib. Qeyd edilən rəqəm deyərdim ki, daha da artıb və buna əsas olaraq balıq məhsullarının hazırkı qiymətini göstərmək olar.
⁠Artıq balıqçılıq sektoru bu ildən Kənd Təsərrüfatı Nazirliyinə verilib, keçirdiyimiz görüşləri nəzərə alaraq inanıram ki, Azərbaycanın su hövzələrində balıqçılıq inkişaf edəcək, amma vicdanlı idarəçilik və düzgün mütəxəsislər işə cəlb edilərsə, bu mümkündür”.

Ə.Əliyev diqqətə çatdırıb ki, 5-10 il bundan əvvələ nəzər salsaq görərik ki, Xəzər balıqlarının qiyməti 3-4 dəfə artıb:

“Artım əsasən kütüm, Xəzər sıfı, qızıl balıq və nərəkimilərdə müşahidə olunur ki, bu da adıçəkilən balıq növlərinin sürətlə azalmasından xəbər verir. ⁠Balıq ehtiyatlarının azalması təkcə bazar qiymətlərinə deyil, hətta insanların saglamlığına da təsir edir, çünki balıq ən sağlam və bol minerallı nemətdir.

Deyərdim ki, balıq məhsulları nəinki ərzaqlardan bahadır, həm də daxili yeyinti məhsullarından və ölkəyə gətirilən bir çox qida məhsullarını arxada qoyub. Bu isə alıcılıq imkanlarına da xeyli təsir göstərir.

⁠Balıqçılıgın inkişafına bu sahədə güzəştli kreditlərin verilməsi, təsərrüfatların müvəqqəti olaraq vergilərdən azad olunması, habelə dövlət büdcəsindən vəsaitin ayrılması öz töhfəsini verə biləcək. Düşünürəm ki, 2026-cı il balıqçılıgın dirçəlişi ili olacaq. Artıq bunun ayaq səsləri Azərbaycanda ilk dəfə Kənd Təsərrufatı Nazirliyinin Akvakultura Mərkəzi və Neftçala icra hakimiyyəti tərəfindən təşkil edilən balıq festivalının keçirilməsi ilə özünü göstərib”.

“United Fishes” MMC-nin təsisçisi və direktoru, ixtioloq Niyazi Heybətov balıq ehtiyatlarının azalmasının qiymətlərə birbaşa təsir göstərdiyini qeyd edib: 

"Dəniz balıqları azaldıqca, onlar kəskin şəkildə bahalaşır. Məsələn, bayram günlərində kütüm balığının bir kiloqramının qiyməti 25-30 manata qədər yüksəlir. Digər dəniz balıqları da oxşar şəkildə bahalaşıb. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması isə tələbatın daha çox süni göllərdə yetişdirilən balıqlara yönəlməsinə səbəb olur.
Göl balıqları arasında ən ucuz və daha çox satılan növlər xanı, sazan, belamurdur. Bu balıqlar iri göllərdə saxlanılır, nisbətən az yemlə daha tez böyüyür və maya dəyəri aşağı olur. Buna görə də bazarda daha əlçatan hesab edilir. Forel və nərə kimi digər saxlanma balıqlarında isə qiymət fərqi əsasən xaricdən gətirilən yemlərin bahalaşması ilə əlaqədardır. Yem, su və yanacaq xərcləri artdıqca, balığın qiyməti də yüksəlir. Daşıma prosesində yanacaqdan istifadə edildiyi üçün benzin və dizel qiymətlərinin artması da balıq qiymətlərinə təsirsiz ötüşmür”.

Niyazi Heybətovun sözlərinə görə, göl balıqları adətən yeni il ərəfəsində, yanvarın əvvəlinə qədər daha ucuz olur:

“Bunun əsas səbəbi sahibkarların dövriyyə vəsaitinə ehtiyac duyması və məhsulu daha tez satışa çıxarmasıdır. Bu mərhələdə əsas qazancı isə alverçilər əldə edirlər. Sahibkar hər kiloqramdan cəmi 20-50 qəpik qazandığı halda, satış zəncirində olan vasitəçilər ən azı 1 manat gəlir əldə edirlər.

Yanvar ayının ortalarından sonra göllərdə balıq ehtiyatı azaldıqca, qiymətlər tədricən yüksəlir. Bununla belə, sazan, belamur və tolstolob kimi əsas göl balıqlarının qiymətində ötən illə müqayisədə ciddi dəyişiklik müşahidə olunmur. Bahalaşma əsasən qapalı su dövriyyəsi sistemlərində saxlanılan və dənizlə əlaqəsi olmayan balıq təsərrüfatlarında nəzərə çarpır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri