Icma.az
close
up
RU
Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? Erməni detalı

Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? Erməni detalı

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Son zamanlar Azərbaycanda dəfn mərasimlərində dəyişikliklər müşahidə olunur. Məsələn, gənc insan vəfat etdikdə, mərasimdə saz və digər musiqi alətlərindən istifadə edilir, bəzən isə yas sanki “toy” kimi keçirilir. Bu adət cəmiyyətdə birmənalı qarşılanmır və ictimai müzakirələrə səbəb olur.

Belə yas mərasimləri ləğv edilməlidirmi? Ümumiyyətlə, bu addım nə dərəcədə doğrudur? İslam dinində bu cür adətlər necə qarşılanır?

Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, dini qaydalarda yasda ya da dəfn zamanı musiqi ifa etmək yoxdur:

“Dinin tələbinə görə dəfn tədbiri, yas mərasimi elə təşkil olunmalıdır ki, öz mahiyyətini itirməsin, başqaları üçün də ibrət olsun. Ölümün, axirətin xatırlanması əsasən yas məclislərində olur, ona görə də yasda musiqi səsləndirmək məqbul deyil. Düzdür, böyük günah və haram da sayılmır, lakin bəyənilməyən işdir. Çünki Həzrət Məhəmməd Peyğəmbərin ənənəsində belə bir nümunə yoxdur və tövsiyə də etməyib.

Bəzən toyu olmamış cavan adam vəfat edəndə ailəsi yanğıdan musiqiçi dəvət edir, cənazəni musiqi ilə aparırlar. Bu adət Sovet dövründə ermənilərdən bizə keçib. Uşaq olanda Ermənistanda bunun dəfələrlə şahidi olmuşam. Təbii ki, xristianlarda bu, dinlərinə görə məqbuldur: kədərli, həzin musiqi səslənir. Onsuz da kilsədə dualar zamanı da bunu müşahidə edirik. Burada bir qəbahət yoxdur və öz fəlsəfəsi var. Əlbəttə, onlar şaqraq, oynaq mahnılar ifa etmirlər. Düşündürən, təsirləndirən həzin musiqilərə yer verilir. Amma islamda bu musiqi Quranı avazla oxumaqla əvəz edilib. Çünki Həzrət Məhəmməd insan səsinə daha çox önəm verirdi. Məhz ona görə də məsciddə namaza dəvət xristianların kilsə zəngindən və yəhudilərin şeypur çalmasından fərqli olaraq insan səsi ilə əzan oxunmasını məqbul sayıb”.

Tural İrfan

İlahiyyatçının fikrincə, istər cavan, istər qoca müsəlman üçün dəfn zamanı musiqiyə ehtiyac yoxdur:

“Allah kəlamının avazla oxunması kifayətdir. O ki, qaldı bəzi aşıqlar, şairlər vəsiyyət edirlər ki, öləndə saz ifası ilə dəfn olunsunlar, bunu istisna etmək olar. Çünki vəsiyyəti icra etmək vacibdir. Bu adət çox qədimdən olub. Sadəcə əvvəllər çəkiliş, mobil telefon, sosial şəbəkələr olmadığına görə indiki qədər rezonans doğurmurdu. Həmin məclislərdə mən də olmuşam. Bütün dini qaydalara əməl olunur, ölünün qüslü, kəfəni, qibləsi, namazı icra edilir. Sadəcə sonda vidalaşma anında bir neçə dəqiqəlik türk milləti üçün müqəddəs sayılan saz ifa olunur. Ölümə, axirətə aid ibrətli mənzərə yaranır. Bununla klarnet məclisi fərqlidir. Bu cür dəfn həm də milliliyimizi göstərir.

Xalq şairi Zəlimxan Yaqub, Türk dünyasının böyük ozanı Ədalət Nəsibov, böyük şairimiz Məmməd İsmayıl və bir çoxlarının məzarı üstündə saz çalınıb. Əmi, dayı kimi mənə əziz olan, əslən Göyçə mahalından qonşum mənə vəsiyyət etmişdi ki, dəfnimdə “Dilqəmi” və “Kərəmi” havalarını ifa edərsən. Mən Aşıqlar Birliyinin üzvüyəm və Aşıq Ədalətin də şagirdi olmuşam. Düzdür, yas yerində ifa etmədim, lakin cənazə yola düşəndə evdən elə ifa etdim ki, səsi cənazəyə yetişdi. Çünki əhdimə vəfa etməli, vəsiyyəti yerinə yetirməli idim.  Bu adət sadəcə saza, sözə bağlı zümrəyə aid olduğu üçün narahatlığa ehtiyac yoxdur”.

Tural İrfan qeyd edib ki, bəzi bölgələrimizdə mərsiyə oxuyub, sinə vururlar:

“Bu da islam dinində yoxdur. Ona görə çox dərinə getmək lazım deyil. İstisna hallarda, aşıq, şair və saz-söz vurğunu şəxslərin öz vəsiyyəti əsasında, onun dəfn mərasimində qısa şəkildə saz ifa etməkdə, ölümdən ibrət alınası bir neçə bənd şeir deməkdə heç bir qəbahət yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri