Icma.az
close
up
RU
Azərbaycanda benzin bahalaşacaq? KONKRET

Azərbaycanda benzin bahalaşacaq? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Gürcüstanda yanacağın qiymətində son aylarda müşahidə olunan kəskin artım region ölkələrində də narahatlıq yaradıb. Bəzi yanacaqdoldurma məntəqələrində qiymətlər cəmi bir həftə ərzində 20–30 tetri bahalaşıb, mart ayından indiyədək isə ümumi artım 1,24 lariyə çatıb. Regional enerji bazarındakı dəyişikliklər və dünya neft qiymətlərindəki dalğalanmalar fonunda Azərbaycanda da yanacağın bahalaşacağı ilə bağlı suallar gündəmə gəlir.

Bəs yaxın aylarda Azərbaycanda benzin və dizelin qiyməti arta bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanda xüsusilə Aİ-92 markalı benzin və dizel yanacağının qiymətində yaxın dövrdə artım gözlənilmir.

Onun sözlərinə görə, Azərbaycanda yanacaq qiymətləri birbaşa dünya bazarındakı neft qiymətlərinə uyğun formalaşmır:

“Dünya bazarında neftin qiyməti düşən dövrlərdə də Azərbaycanda yanacaq bahalaşıb. Məsələn, 2024-cü ilin iyulunda və 2025-ci ilin dekabr ayının sonunda qiymətlər artırılmışdı. Həmin dövrlərdə neft ucuzlaşırdı. Yəni Azərbaycanda qiymət artımı yalnız neftin bahalaşması ilə bağlı deyil”.

İqtisadçı qeyd edib ki, ölkədə yanacaq qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir və qiymət müəyyən edilərkən müxtəlif amillər nəzərə alınır:

“Qiymətin formalaşması zamanı təkcə dünya neft qiymətləri deyil, ölkədəki inflyasiya səviyyəsi, əhalinin sosial vəziyyəti və aidiyyəti qurumların xərc strukturu da nəzərə alınır. Buna görə də dünya bazarında neft ucuzlaşanda belə, Azərbaycanda dizelin qiyməti 80 qəpikdən 1 manata qaldırılmışdı. Benzinin qiymətində də təxminən 15 qəpik artım olmuşdu”.

X.Kərimli vurğulayıb ki, Gürcüstanda yanacaq qiymətləri bazar prinsipləri əsasında formalaşdığı halda, Azərbaycanda dövlət tənzimlənməsi tətbiq edilir:

“Azərbaycanda yalnız premium markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənmir. Bu seqmentdə qiymətlər SOCAR-ın qərarları əsasında müəyyən edilir. Ona görə də məhz premium benzində müəyyən bahalaşma ehtimalı mümkündür. Bu isə dünya bazarında neft qiymətlərinin hansı səviyyədə və nə qədər müddət yüksək qalacağından asılı olacaq”.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 May 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see826

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see274

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see269

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see266

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see261

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see244

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see238

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see237

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see225

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see196

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see193

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see193

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see189

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see188

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see187

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see183

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see183

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri